“Avropa ilə top yekun qarşıdurma Rusiyanı və dünyanı da bataqlığa qərq edər...”
Ekskluziv
377
08:51, Bu gün

“Avropa ilə top yekun qarşıdurma Rusiyanı və dünyanı da bataqlığa qərq edər...”

“Putinin Estoniyaya hücumu ABŞ və Aİ-na müharibə elanı demək olar. Hazırkı vəziyyətdə isə onun belə bir addım atacağını düşünmürəm...”
 
“Rusiyanın Polşa və Rumıniyaya dron hücumunun səbəbi bəllidir. Avropa ölkələri Ukraynaya dəstək verdiyi üçün Rusiya hegemon siyasətinə və müstəmləkəçilik məqsədlərinə nail ola bilmədi. Rusiya Ukrayna müharibəsi ilə ta başından özünü bataqlığın dərinliklərinə atdığı davranış nədirsə, NATO-nun 5-ci maddəsi çərçivəsində Avropa ilə top yekun qarşıdurma da Rusiyanı və dünyanı da bataqlığa qərq edər. Məhz Rusiya da bunun necə bir fəlakətlə nəticələnəcəyini bildiyi üçün  dron hücumunu gerçəkləşdirmədiyini bəyan edir.”
 
Bu fikirləri Moderator.az əməkdaşının “Son həftələr Rusiyanın Polşaya, Rumıniyaya dron hücumunun ardınca “MİQ-3” qırıcıları Estoniya ərazisinə soxuldu və 12 dəqiqə orada qaldı.  Daha sonra dəfələrlə  Kopenhagen və Osloda naməlum dronlar göründü. Bunlar çox ciddi məsələdir. Sizcə, bu minvalla yaxın vaxtlarda Putin Estoniyaya da işğal məqsədilə hücum edə bilərmi?” sualına cavabında Azərbaycan Dövlət İqtisad Universitetinin(UNES) dosenti, siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov ifadə edib.
 
“Rusiyanın Polşa və Rumıniyaya dron hücumunun səbəbi bəllidir. Avropa ölkələri Ukraynaya dəstək verdiyi üçün Rusiya hegemon siyasətinə və müstəmləkəçilik məqsədlərinə nail ola bilmədi. Rusiya Ukrayna müharibəsi ilə ta başından özünü bataqlığın dərinliklərinə atdığı davranış nədirsə, NATO-nun 5-ci maddəsi çərçivəsində Avropa ilə top yekun qarşıdurma da Rusiyanı və dünyanı da bataqlığa qərq edər. Məhz Rusiya da bunun necə bir fəlakətlə nəticələnəcəyini bildiyi üçün  dron hücumunu gerçəkləşdirmədiyini bəyan edir. Ukrayna müharibəsinin başlandığı gündən bu günə proseslərin qarşısının alınmadığının şahidiyik. Bu müharibə dünyanın iqtisadi inkişafına mənfi təsir göstərdiyi kimi, qarşısı alınmasa, həm adı çəkilən ölkələri, eləcə də dünyanı III Dünya müharibəsinədək apara bilər. “MİQ-3” qırıcılarının Estoniya ərazisində dəqiqələrlə qalması da dediyimin sübutudur. Hazırkı dövrdə Estoniyaya işğal məqsədilə hücum edə bilməsə də, hadisələrin necə və hansı şəraitdə cərəyan edəcəyindən asılı olaraq, gedişat dəyişə bilər. Putinin Estoniyaya hücumu ABŞ və Aİ-na müharibə elanı demək olar. Hazırkı vəziyyətdə isə onun belə bir addım atacağını düşünmürəm”, -deyə davamında siyasətşünas alim diqqətə çatdırıb.
 
Link kopyalandı!
Son xəbərlər