Türkiyənin
Ekskluziv
613
07:55, Bu gün

Türkiyənin "Kızılelma" pilotsuz qırıcısı sınaq uçuşunu uğurla icra etdi...+VİDEO

"Baykar" şirkətinin hazırladığı ilk pilotsuz qırıcı olan "Kızılelma" Türkiyədə sınaq uçuşunu uğurla başa vurub. 
 
Moderator.az bu haqda "TRT Haber" kanalına və Ukrayna mediasına istinadla məlumat yayıb.
 
"Baykar"ın texniki direktoru Selçuk Bayraktar 30 Sentyabr çərşənbə axşamı günü "X" sosial media platformasında testin videosunu yayımlayıb.
 
"Kızılelma" "Orta hündürlük sistem müəyyənləşdirilməsi və performans testi" adlı testi tamamlayıb.
 
Videoda "Kızılelma"nın hava limanında uçuş-enmə zolağından inamla qalxması əks olunub. Test "Bayraktar AKINCI" pilotsuz uçan aparatı ilə çəkilib.
 
"Bayraktar Kizilelma" pilotsuz döyüş təyyarəsi "Baykar" tərəfindən hava-yer və hava-hava döyüş missiyaları üçün dizayn və istehsal edilib. O, həmçinin qısa uçuş-enmə zolaqları olan gəmilərdən qalxıb enə biləcək.
 
Daha əvvəl bildirilmişdi ki, “Kızılelma” döyüş təyyarəsinin Ukrayna istehsalı olan mühərriki olacaq.

 

 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər