“İsrailin bu qədər genişmiqyaslı hərbi əməliyyatlardan sonra Qəzzadakı girovları hələ də tapmaması məntiqi suallara səbəb olur...
Ekskluziv
1098
18:38, Bu gün

“İsrailin bu qədər genişmiqyaslı hərbi əməliyyatlardan sonra Qəzzadakı girovları hələ də tapmaması məntiqi suallara səbəb olur..."

“ "HƏMAS" girovları o məqsədlə götürmüşdü ki, Qəzzaya qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirilməsin. Lakin artıq onları saxlamağın heç bir məntiqi qalmayıb. Həm də, bu girovların saxlanılması məsələsinin nə üçün hələ də davam etdiyini başa düşmək mümkün deyil...” 
 
“Ümid edək ki, Trampın yeni sülh təşəbbüsü Yaxın Şərqdə, az da olsa, sabitlik yaradacaq və regionda gərginliyi azaldacaq...”
 
Sabiq baş diplomat Tofiq Zülfüqarov Moderator.az-a  açıqlamasında Yaxın Şərqdə baş verən hadisələr və Qəzzadakı vəziyyətlə bağlı fikirlərini bölüşərkən, bu münaqişənin məntiqə uyğun olmayan bir vəziyyətə gəldiyini vurğulayıb. O, münaqişənin həllinə yönəlmiş əməliyyatların və siyasi addımların bir-birini əvəz etməsinə baxmayaraq, hələ də həll yolunun tapılmadığını qeyd edib. 
 
“Təbii ki, bu hərbi əməliyyatlar artıq öz mənasını itirib, çünki Qəzzada ciddi müqavimət göstərən yoxdur. Qəzzadakı qüvvələr əslində, artıq əsasən təsirsizdirlər. Bu cür əməliyyatların davam etdirilməsinin əsas məqsədini anlamaq çətindir” – deyə politoloq əlavə edib.
 
Zülfüqarov hər iki tərəfdən atılan addımların məntiqi baxımdan başa düşülmədiyini qeyd edərək, xüsusilə “HƏMAS”ın girovları saxlamasının hələ də bir çox suallara yol açdığını diqqətə çatdırıb. 
 
“Girovları o məqsədlə götürmüşdülər ki, Qəzzaya qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirilməsin. Lakin artıq onları saxlamağın heç bir məntiqi qalmayıb. Həm də, bu girovların saxlanılması məsələsinin nə üçün hələ də davam etdiyini başa düşmək mümkün deyil”, – deyə sabiq diplomat bildirib. 
 
Onun sözlərinə görə, “HƏMAS” bu girovları ilkin olaraq, Qəzzaya qarşı əməliyyatların qarşısını almaq üçün götürmüşdü. Lakin indi vəziyyət dəyişib və artıq girov saxlanmasının həm insan hüquqları, həm də hərbi məntiq baxımından heç bir əsaslandırması yoxdur.
 
Zülfüqarov münaqişənin dünyadakı qlobal güclərin böyük geo-siyasi oyunlarının bir hissəsi olduğunu, həm “HƏMAS”, həm də Netanyahu administrasiyasının başqa gizli hədəflər güddüyünü vurğulayıb. 
“Bu həm də böyük geosiyasi oyunların bir hissəsidir. Hər iki tərəf açıq şəkildə müəyyən məqsədlərə doğru irəliləyir, amma bu məqsədlər çox zaman daha geniş və daha kompleks maraqlara xidmət edir” – deyə o, qeyd edib. 
 
Sabıq baş diplomat İsraildə baş nazir Netanyahuya qarşı ciddi və güclü narazılıqların olduğunu da əlavə edib: 
 
“Bilirik ki, İsrailin özündə də Netanyahuya qarşı böyük narazılıqlar mövcuddur. Bu narazılıqlar İsrailin daxili siyasətində öz əksini tapır. Hazırkı administrasiya Qəzzadakı əməliyyatlarla bağlı tənqidlərə məruz qalır və bu, daxili siyasi gərginliyi artırır. Netanyahunun öz tərəfdarları da ona sual verirlər: necə oldu ki, bu qədər hərbi əməliyyat keçirildi, amma nəticə gözlənilən olmadı, yəni girovlar tapılıb azad edilmir?”
 
Politioloq daha sonra, genişmiqyaslı hərbi əməliyyatların aparılmasına baxmayaraq bir daha İsrailin Qəzzadakı girovları tapa bilməməsi məsələsini daha gündəmə gətirib: 
 
“Bir sual yaranır: Nə üçün belə genişmiqyaslı hərbi əməliyyatlar aparılmasına baxmayaraq, İsrail Qəzzadakı girovları tapa bilmir? Belə  suallar yalnız bu münaqişəyə aid deyil, eyni zamanda dünya miqyasında digər münaqişələrə, məsələn, Ukrayna-Rusiya müharibəsinə də aiddir. Bütün bu münaqişələrdə hərbi əməliyyatlar aparılmasına baxmayaraq, çox zaman məqsədə nail olunmur və bu suallar münaqişənin məntiqsizliyini təkrarlayır.”
 
Zülfüqarov, daha sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın vasitəçiliyi və Qəzzada yeni sülh planıyla  əlaqəli fikirlərini açıqlayıb. O, ABŞ liderinin Qəzza ilə bağlı təklif etdiyi yeni sülh planına da toxunaraq, ümid etdiyini bildirib ki, bu yeni sülh təşəbbüsü Yaxın Şərqdə, az da olsa, sabitlik yaradacaq və regionda gərginliyi azaldacaq. 
 
“Donald Trampın vasitəçiliyi bu məsələdə müəyyən rol oynayıb və bu gün də ümid edirik ki, ABŞ rəhbərinin Netanyahu ilə son görüşü və Qəzza ilə bağlı təklif etdiyi yeni sülh planı Yaxın Şərqdə sabitlik yaratmaqda öz rolunu oynayacaq. Bu plan, çox istərdik ki, hər iki tərəfin uzun müddətdir qarşılıqlı olaraq davam edən münaqişəsinin durdurulması üçün bir növ zəmin hazırlaya bilsin” – deyə keçmiş xarici işlər naziri fikirlərini tamamlayıb.
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər