“Hərbi Prokurorluğun nəzdindəki bu muzey minlərlə gəncin maariflənməsində mühüm rol oynayır”
Ekskluziv
282
14:15, Bu gün

“Hərbi Prokurorluğun nəzdindəki bu muzey minlərlə gəncin maariflənməsində mühüm rol oynayır”

Xəbər verdiyimiz kimi, sentyabrın 26-da Anım Günü münasibətilə Hərbi Prokurorluqda Hərbi Prokurorluğun və Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinin iştirakı ilə həmin təhsil müəssisəsinin kursantları ilə birlikdə tədbir keçirilib. Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzən tədbir iştirakçıları, daha sonra Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən “Soyqırım” memorial muzeyini ziyarət ediblər.

Xatırladaq ki, Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən “Soyqırım” memorial muzeyi erməni vəhşiliyini ifşa edən əsas muzeylərdən biri hesab edilir. Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə polkovniki Bəhruz Əhmədovun Hərbi Prokurorluğun rəhbərliyinə təyinatından sonra adıçəkilən qurumun nəzdindəki “Soyqırım” memorial muzeyinin aktivliyi də əhəmiyyətli dərəcədə artıb ki, bu da gənc nəslin maariflənməsi, qan yaddaşımıza daha dərindən bağlanması baxımından olduqca əhəmiyyətlidir.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən “Soyqırım” memorial muzeyinin fəaliyyətinin mühüm önəm kəsb etdiyini bildirib:

“Bu cür muzeylərin əsas missiyası xalqın, millətin yaddaşını diri tutmaqdır. Xalq gələcək nəsilləri öz tarixi ilə, taleyi ilə tanış eləməlidir. Hər bir vətəndaş, hər bir azərbaycanlı bilməldiir ki, o, kimdir, haradan gəlib. Onun bu dünyadakı yeri hadadır, missiyası nədən ibarətdir...

Bunun üçün isə müxtəlif vasitələr var. Bu vasitələrdən biri də muzeylərdir. Bu baxımdan Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən “Soyqırım” memorial muzeyinin fəaliyyəti təqdirəlayiqdir. Bu muzeyi ziyarət edən gənclər, kursantlar, tələbələr həmin muzeydə tariximizlə bağlı ətraflı məlumat əldə edir, xalqımızın başına gətirilən müsibətlərlə tanış olurlar. Bu, onların öz keçmişlərini unutmaması, düşmənlərini tanıması, gələcək mübarizələrə mənəvi-psixoloji baxımdan hazırlanması baxımından önəmlidir. Bu mənada Anım Günü ilə bağlı Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinin iştirakı ilə həmin təhsil müəssisəsinin kursantlarının Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən “Soyqırım” memorial muzeyini ziyarət etməsi təqdirəlayiqdir.

İnanıram ki, Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən “Soyqırım” memorial muzeyi bundan sonra da minlərlə gəncin dünyagörüşünün formalaşmasında, xalqımızın üzləşdiyi soyqırımları haqqında dolğun məlumat əldə etməsində mühüm rol oynayacaq, yüksək dövlətçilik şüuruna malik gənclərin yetişməsindəki tarixi rolunu uğurla davam etdirəcək.

Mən bu məsələdə Hərbi Prokurorluğun rəhbərliyinə və hər bir əməkdaşına uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər