Binəqədidə Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil edilib
Ekskluziv
214
18:58, Bu gün

Binəqədidə Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

27 sentyabr 2025-ci il tarixində Binəqədidə Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil edilib. İş adamı Cəlil Nağıyev tərəfindən təşkil edilən ehsan süfrəsində Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, şəhid ailələri, qazilər, kənd ağsaqqalları iştirak edib.

100 nəfərdən çox vətəndaşın iştirak etdiyi ehsan süfrəsində Prezident İlham Əliyevin liderliyi ilə xalqımızın erməni faşizminə qarşı apardığı mübarizədə həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib, onların ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən iş adamı Cəlil Nağıyev şəhidlərimizin tarixi qəhrəmanlığına diqqət çəkib, onların xatirəsinin xalqımızın qəlbində hər zaman sevgi ilə yaşayacağını bildirib. Cəlil Nağıyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, bundan sonra da hər bir azərbaycanlı Prezidentimizin, dövlətimizin ətrafında sıx birləşməkdə davam etməli, milli maraqlarımızın müdafiəsi üçün əlindən gələni əsirgəməməlidir.

Ehsan süfrəsində iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib, minnətdarlıqlarını bildiriblər.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər