Avropada naməlum PUA-larla bağlı təhdid anti-Rusiya koalisiyasını gücləndirəcək
Ekskluziv
358
15:34, Bu gün

Avropada naməlum PUA-larla bağlı təhdid anti-Rusiya koalisiyasını gücləndirəcək

Son vaxtlar Avropanın bir sıra ölkəsinin səmasında aşkarlanan naməlum PUA-lar Qərbdə ciddi hərəkətlilik və narahatlığa səbəb olub. PUA-ların haradan peyda olduğu və hansı məqsədə xidmət etdiyi hələlik bəlli olmasa da, bir çox hərbi ekspert baş verənlərin Rusiyanın Qərbə təzyiq siyasətinin bir parçası olduğunu iddia edir. Ekspertlərin fikrincə, Rusiya Qərbi Ukraynaya dəstək verməkdən çəkindirmək üçün gözlənilməzlik faktorundan çıxış edərək ara-sıra onların səmasında görünməkdə, bununla da hər an hər şey etməyə qadir olduğunun mesajını verməkdədir.

Naməlum PUA təhdidinin arxasında Kremlin dayanıb-dayanmamasından asılı olmayaraq, baş verənlər anti-Rusiya koalisini gücləndirəcək. Çünki demək olar ki, bütün Qərb ölkələri baş verənləri Rusiyanın fəaliyyəti ilə əlaqələndirir ki, bu da Moskvaya qarşı hərbi təzyiqi gücləndirməyi, müdafiə və təhlükəsizliyə daha çox diqqət yetirməyi zəruri edir. Necə ki, artıq NATO Baltik dənizinə nəzarəti gücləndirəcəyini bildirib və bu istiqamətdə konkret addımlar atıb. Danimarka Baltik üzərində qırıcı təyyarələr qaldırıb ki, bu kimi addımların yaxın gələcəkdə daha da genişlənəcəyi ehtimalı böyükdür.

Ümumilikdə, naməlum PUA təhlükəsi ilə bağlı yaranan vəziyyət bir kəs daha Qərbə başa saldı ki, Rusiyanı neytrallaşdırmağın yalnız bir yolu var. Bu da hərbi gücdür. Yalnız bu yolla Rusiyanı dinc oturmağa vadar etmək, onun işğal və ilhaq istəyinin qarşısını almaq mümkündür. Bunun üçün Qərbin Ukraynaya hərbi yardımı artırması mümkün vasitələrdən biri hesab edilir ki, yaxın gələcəkdə bu istiqamətdə də ciddi yeniliklərə şahid olmağımız mümkündür.

S.Əliyev

 

Link kopyalandı!
Son xəbərlər