“Anım Günü ilə bağlı məscidlərimizdə bu cür tədbirlərin keçirilməsi qürurvericidir”
Ekskluziv
361
14:57, Bu gün

“Anım Günü ilə bağlı məscidlərimizdə bu cür tədbirlərin keçirilməsi qürurvericidir”

27 sentyabr 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Anım Günü ilə bağlı ehsan verilib, şəhid məzarları ziyarət edilib. (//moderator.az/az/ekskluziv/912828/novxanida-27-sentyabr-anim-gunu-ile-bali-sehid-mezarlari-ziyaret-olunub-ehsan-sufresi-verilib/?fbclid=IwY2xjawNHQihleHRuA2FlbQIxMQABHiamsUAl4_HAO9MuuD19XdFH2KJvdC_-arJdb2c3dUVeff2lNeIOIo3n2B8R_aem_AunPjmjvznPRJ2nvbT7KIw )

Moderator.az-a açıqlamasında dövlətçilik və hərb tariximizlə bağlı bu cür əlamətdar günlərlə əlaqədar məscidlərimizdə belə tədbirlərin keçirilməsinin təqdirlayiq olduğunu bildirən millət vəkili Naqif Həmzəyev, 27 sentyabr tarixinin zəfərə gedən yolun başlanğıcı olduğunu bildirib:

“27 sentyabr sadəcə Anım Günü deyil. Bu gün həm də zəfərə gedən müqəddəs bir gündür. Bu günlə bağlı dövlət və qeyri-dövlət qurumlarında çoxsaylı tədbirlər keçirildi, ehsan süfrələri verildi.

Sevindiricidir ki, bu cür tədbirlər məscidlərimizdə də təşkil olundu, din adamlarımız da bu prosesdə fəal iştirak etdi. 27 sentyabr 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Anım Günü ilə bağlı tədbirin keçirilməsi də bütün kateqoriyadan olan vətəndaşlarımız kimi din xadimlərimizin də bu tarixi günə olan ehtiramlarını əks etdirdi. Şəhid ailələrinin, qazilərinin iştirakı ilə keçirilən bu tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi şanlı qələbənin önəmindən danışıldı, şəhidlərimizin bu müharibədəki qəhrəmanlığının heç zaman unudulmayacağı, daim iftixar hissi ilə xatırlanacağı vurğulandı. Bu tədbirlərdə şəhid ailələri, qazilər də yaxından iştirak etdi ki, bu da həssas kateqoriyadan olan vətəndaşalrımız üçün hər şeydən öncə mənəvi sitimul deməkdir.

27 sentyabr tarixi ilə bağlı keçirilən tədbirlər və bu tədbirləin miqyası bir daha sübut etdi ki, Azərbaycan xalqı öz şəhidlərini daim ehtiram hisis ilə yad edir, onların qəhrəmanlığının təmininə, xatirələrinin əbədiləşdirilməsinə xüsusi önəm verir”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər