Xan qızının kötücəsi onu məhkəməyə verir:“Natəvanı küçə qadını obrazında yaradıblar”-FOTO+ÖZƏL
Ekskluziv
1554
12:01, Bu gün

Xan qızının kötücəsi onu məhkəməyə verir:“Natəvanı küçə qadını obrazında yaradıblar”-FOTO+ÖZƏL

Sosial şəbəkələrdə süni intellektlə bir çox məşhur sənətkarları, dahi şəxsiyyətləri canlandırırlar. Bu dəfə süni intellektin hədəfi xan qızı Xurşidbanu Natəvan olub. Tamam fərqli obrazda yaradılan “Natəvan”-ı sosial şəbəkə izləyiciləri tanımaqda çətinlik çəkiblər. Bir çoxları bu görüntünün xan qızı ilə heç bir əlaqəsinin olmadığını əsas gətirərək, müəllifi sərt tənqid edib. Müəllifi tənqid edənlər arasında xan qızının kötücəsi Sevil Ağamirova da var.
 
Moderator.az-a açıqlama verən Sevil xanım bunları bildirib:
 
“Ayıb olsun! O vaxt belə qadınlar var idi? Natəvanın süni intellektlə şəkilini düzəldirsən, heç olmasa o vaxtın qadınlarından yarat! O vaxtkı qadınların üzündə abır-həya var idi. Bu nədir belə? Bunu kim belə edib? Natəvanın şəkilini də biyabırçı günündə çəkiblər! O xan qızıdır. Aidiyyatı qurumlar hara baxır? İmkan verməsinlər belə şeylər etməyə! Bu bizim adımızdır, Azərbaycanın qadınıdır! Natəvanın obrazını küçə qadını kimi hazırlayıblar. Kim onu belə düzəldibsə, demək ki, özünə yaraşdırıb, Natəvana yox. Utanmasaydılar kiprik də qoyub, dodağını, yanağını şişirdərdilər” deyə o bildirib.
 
Sevil xanım bildirib ki, bu obrazı yaradanı məhkəməyə verəcək:
 
“Mən bu işi belə qoymayacam. Onları məhkəməyə verəcəm. Sadəcə olaraq mənə kömək lazımdır. Hələ onun haqda film çəkiblər və göstəriblər ki, guya Natəvanın həyat yoldaşı Mircabbar ağa ondan bir sandıq qızıl oğurlayıb. Ziyalılarımız bu işə qarışmalıdır, tək mənimlə nəsə olmur. Bu qadın 150 il bundan əvvəl rəhmətə gedib.
 
Nənəm həmişə deyərdi ki, ölən adamın arxasınca danışmazlar. Bunlar nə istəyir Natəvandan? Mən başa düşmürəm! Bunu edənlərin düşməndən bir fərqi yoxdur. Bu heç doğru piyar da deyil. Dahi şəxsiyyətləri süni intellektlə canlandırmaq olmaz. Düz adam bunu etməz” deyə Natəvanın qohumu bildirib.
 
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər