Arzuladığımız taleyi yalnız birliyimiz, həmrəyliyimiz hesabına yaza bilərik!
Ekskluziv
151
10:04, Bu gün

Arzuladığımız taleyi yalnız birliyimiz, həmrəyliyimiz hesabına yaza bilərik!

27 sentyabr sadəcə Anım Günü deyil: Bu, həm də birlik, həmrəylik günüdür...

Dünən Azərbaycan xalqı 27 sentyabr Anım Gününü kədər qarışıq qürur hissi ilə qeyd etdi. Həyatını Azərbaycanın ərazi bütövlüyünə qurban verən şəhidlərin xatirəsi sonsuz ehtiram hissi ilə qeyd edildi.  Xalqımız eyniylə Vətən müharibəsində olduğu kimi Anım Günündə də tam bir həmrəylik sərgilədi.

Xalqımızın bu tarixi gündə sərgilədiyi həmrəylik göstərdi ki, 27 sentyabr sadəcə Anım Günü deyil. 27 sentyabr həm də birlik, həmrəylik, bərabərlik günüdür.

Bu günün ucalığı xalqımızı öz qan yaddaşına qovuşdurmaqla yanaşı, harada yaşamasından asılı olmayararq, bütün azərbaycanlıları ruhən və mənən birləşdirir, onların keçmişə və gələcəyə eyni prizmadan baxmasını təmin edir. Bu gün öz qüssə və məğrurluq qarışıq əzəməti ilə hər kəsə səssiz bir şəkildə izah edir ki, milli kimliyimiz, tariximiz, yolumuz kimi taleyimiz də birdir və biz arzuladığımız taleyi yalnız birliyimiz, həmrəyliyimiz hesabına yaza bilərik. Biz yalnız öz birliyimiz və həmrəyliyimiz sayəsində hər cür təhdid və təhlükəyə meydan oxuya, hər cür sınaqdan üzüağ, alnıaçıq çıxa bilərik. Eyniylə 44 günlük Vətən müahribəsi sınağından çıxdığımız kimi... Bu mənada 27 sentyabr tarixini ikiqat əlahiddə gün kimi dəyərləndirmək mümkündür.

Əminliklə demək olar ki, bu gün öz mənəvi böyüklüyü, müqəddəsliyi, ülviliyi ilə xalqımızı eyni amallar uğrunda birləşdirməkdə davam edəcək, bizə şanlı tariximizlə yanaşı, birliyimizin nə qədər vacib və mütləq olduğunu xatırladacaq.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər