“Azərbaycan öz inkişafının zirvəsindədir”
Ekskluziv
364
16:29, Bu gün

“Azərbaycan öz inkişafının zirvəsindədir”

“Azərbaycan bu gün öz inkişafının zirvəsindədir və biz buna görə Müzəffər Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə borcluyuq”.

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən zəfər Azərbaycan tarixində yeni bir səhifə açdı:

“Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi qələbə Azərbaycan dövlətinin və xalqının taleyində yeni, pralaq bir səhifə açdı. Bu qələbə nəticəsində işğaldakı torpaqlarımız azad edildi. Erməni faşizmi darmadağın edildi. Şəhidlərimizin qisası döyüş meydanında alındı.

Müharibədə əldə etdiyimiz qələbə dövlətimizin iqtisadi baxımdan inkişafına da ciddi təkan verdi. Bu gün Prezident İlham əliyevin diqqət və qayğısı sayəsində işğaldan azad edilən ərazilərdə böyük abadalıq işləri həyata keçirilir, nəhəng iqtisadi layihələr reallaşır. İşğaldan azad edilən bir sıra şəhər və qəsəbələrə vəətndaşlarımızın köçü başlayıb ki, bu proses qarşıdakı illərdə daha da sürətlənəcək.

Biz bütün bunlara görə şəhidlərimizə, qazilərimizə, onların mübarizə və qəhrəmanlıq əzminə borcluyuq. Buna görə də onların xatirəsi hər zaman xalqımız tərəfindən sevhi və minnətdarlıq hissi ilə anılmaqda, daim yad edilməkdədir.

Əminəm ki, illər, əsrlər sonra da Vətən müharibəsi və ordumuzun bu müharibədəki qəhrəmanlığı gələcək nəsillər tərəfindən qürur hissi ilə yad ediləcək, şəhdilərimizin, qazilərimiz qəhrəmanlığı onlar üçün əbədi ilham mənbəyi olacaq”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər