“Zəfər abidəsi şəhidlərimizə və qəhrəmanlıq tariximizə olan ehtiramın göstəricisidir”
Ekskluziv
588
15:17, Bu gün

“Zəfər abidəsi şəhidlərimizə və qəhrəmanlıq tariximizə olan ehtiramın göstəricisidir”

“Zəfər abidəsi şəhidlərimizə və qəhrəmanlıq tariximizə olan ehtiramın göstəricisidir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, bu abidə 44 günlük Vətən müharibəsində tarixi qəhrəmanlığa imza atan şəhidlərimizin xatirəsinin, onların igidliyinin əbədiləşdirilməsi simvoludur:

“44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri böyük qəhrəmanlığa imza ataraq işğaldakı torpaqlarımızı qısa zamanda erməni işğalından azad etdi. Erməni faşizmi ordumuzun əks-həmlələri nəticəsində darmadağın edildi. 30 ilə yaxın müddətdə torpaqlarımızı işğalda saxlayan düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Bu gün 27 sentyabr – Anım Gündür. Bu müqəddəs gündə torpaqlarımızın azadlığı uğrunda həlak olan qəhrəmanlarımızın xatirəsini ehtiram hissi ilə yad edir, onları sonsuz sevgi hissi ilə anırıq. Hərbi Memorial Məzarlıqda inşa edilən 44 metrlik Zəfər abidəsi şəhidlərimizin tarixi zəfərimizə verdiyi böyük töhfənin əbədiləşdirilməsinə xidmət edir. Bu abidə həm də Azərbaycan xalqının gücünün, yenilməzliyinin simvoludur. Bu abidə Hərbi Memorial Məzarlığı ziyarət edən hər kəsə

44 günlük Vətən müharibəsində şəhdilərimizin göstərdiyi qəhrəmanlıqdan danışacaq, 2020-ci ildə əldə etdiyimizin qələbənin böyüklüyünü, təkrarsızlığını yada salacaq”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər