“Bu sözümə görə Eldar Quliyev mənimlə düşmən oldu” - FOTO+ÖZƏL
Ekskluziv
328
11:50, Bu gün

“Bu sözümə görə Eldar Quliyev mənimlə düşmən oldu” - FOTO+ÖZƏL

“Hazırda bir kitab üzərində işləyirəm. Başım yaman qarışıqdır. 4 cilddə kitab yazıram. 1898-ci ildən bu günə qədər çəkilən filmləri bir yerə yığıram. Bəzən məndən soruşurlar ki, müasir dövrdə çəkilən filmləri də kitaba əlavə edirsən? Deyirəm ki, əlbəttə. Film var güclü filmdir, film var zəifdir. Pis film yoxdur. Ən pis filmin də ideyası var”
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə deyib. O daha sonra əlavə edib:
 
“Həmişə çalışmışam ki, işdə-gücdə olum. Kinoda çox şey görmüşəm. Ağrı-acılarım çox olub. Bu gün gözüm də görmür, amma yazıram. Elə vaxt olub ki, xəbərim olmayıb, mikro infarkt vurub məni. Azərbaycan kinosunun hər zaman qalxan və enən vaxtları olub. Sanki dəniz kimi. Kinomuza böyük büdcə lazımdır. Dövlət özü də bu işdə maraqlıdır və yeni addımlar atır. Bu yeniliklər də kino sahəsinin inkişafına gətirib çıxaracaq” deyə o bildirib.
 
 
Aydın Kazımzadə yaşa dolmuş rejissorların işindən narazı olduğunu bildirib:
 
“Bizdə rejissorlar yaşa dolanda film çəkə bilmirlər, passivləşirlər. Mən bir dəfə dedim ki, təəssüf edirəm kinoda yaşlaşandan sonra sənətkarlarımız yerində sayırlar, kino vasitəsilə söz deyə bilmirlər. Bu sözümə görə Eldar Quliyev mənimlə düşmən oldu. Bu təkcə kinoda yox, rəssamlıqda da, heykəltəraşlıqda da, bəstəkarlıqda da belədir. İndi Qara Qarayev var? Əlbəttəki, yoxdur! Xalq rəssamı Arif Hüseynov yerində saymadı. Yaşa dolandan sonra da işlədi, çalışdı. O yaradıcılığına müasir miniatür sənətini davam etdirməklə davam etdi. Yaradıcılıqda inkişaf olmalıdır. Bizim rejissorlarımızın deməyə yeni sözü yoxdur. Sözün düzünü deyirəm, sonra mənimlə düşmən olurlar. Sonra da məqam gələndə səni arxadan vururlar” deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər