“Paşinyan öncə Moskvaya gedib Putinlə görüşdü ki...”
Ekskluziv
182
09:19, Bu gün

“Paşinyan öncə Moskvaya gedib Putinlə görüşdü ki...”

“Bütün hallarda hazırkı Ermənistan baş naziri daha çox Amerika və Avropanın  təhlükəsizlik institutlarıyla əməkdaşlıq edir ki, bu da həm Cənubi Qafqaz, həm də Azərbaycan özü üçün də faydalıdır...”
 
“Əvvəla, bilmək lazılmdır ki, Nikol Paşinyanın Rusiyaya səfərinin konkret bir məqsədi vardı. Məsələ ondadır ki, radikal müxalifət qüvvələri Ermənistan baş nazirini keçmiş strateji müttəfiqi olan Rusiyadan uzaqlaşmaqda və Qərblə, Qərb təhlükəsizlik institutlarıyla yaxınlaşmaqda ittiham edirlər. Bu səbəbdən Paşinyan həmin görüntünü ortadan qaldırmaq üçün Moskvada keçirilən Beynəlxalq Atom Konfransında iştirak etdi, Rusiya lideri Putinlə görüşdü. Və nəticədə  müxalifət qüvvələrinin arqumentlərini əllərindən almağa çalışdı.” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu “Bəzi şərhçilər belə bir fikir irəli sürür ki, Paşinyanın öncə Moskvada görünüb oradan ABŞ-a – BMT Baş Assambleyasına yollanması onu Qərbin gözündə nüfuzdan salır və belə hallar da gələn ilki seçkilərin nəticələrinə də təsir göstərə bilər. Siz necə düşünürsüz?” sualını cavablandırarkən ifadə edib.
 
“Üstəlik, Paşinyan, dediyiniz kimi, gələnilki parlamenrt seçkilərinə hazırlaşır. Putinlə görüşünün digər bir səbəbi də məhz Rusiyanın parlament seçkilərinə təsirini öncədən aradan qaldırmaq idi.  Ancaq bütün hallarda hazırkı Ermənistan baş naziri daha çox Amerika və Avropanın  təhlükəsizlik institutlarıyla əməkdaşlıq edir ki, bu da həm Cənubi Qafqaz, həm də Azərbaycanın özü üçün də faydalıdır. Çünki Ermənistan Rusiyadan nə qədər çox uzaqlaşarsa, bu, zənnimcə, bölgə ölkələrinin də maraqlarına uyğundur”, -deyə politoloq vurğulayıb. 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər