“Rusiya “bahalı döyüşlər”dən qaçır. Buna səbəb bu cür döyüşlər üçün rus ordusunun imkanlarının məhdud olmasıdır”.
Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr bildirib ki, Ukraynada iri şəhərlərin açıq həmlə ilə ələ keçirilməsi təcrübəsi Rusiyaya olduqca baha başa gəlib. Belə ki, bu cür əməliyyatlar rus ordusunun canlı qüvvə və texnika baxımından böyük itkilərlə üz-üzə qoyub. Bundan başqa, məlum əməliyyatların aylarla uzanması bu itkiləri daha da artırıb ki, bu da Rusiyanın hücum imkanlarını məhdudlaşdırıb. Buna görə də Rusiya böyük şəhərlərin açıq hücum əməliyyatları ilə ələ keçirilməsi təcrübəsindən faktiki imtina edib.
Böyük şəhərlərin rus ordusu üçün böyük qəbiristanlıqlar oduğunu bildirən nəşr, hazırda həm Rusiya, həm də Ukrayna ordusunun insan resursu çatışmazlığı ilə üzləşdiyinə diqət çəkib. Nəşrin qənaətincə, müharibənin bütün şiddəti ilə davam etməsi gerçəyi bu çatışmazlığı hər ötən gün daha da artıracaq.
Seymur ƏLİYEV