Türkiyə nümayəndəsi Ermənistan xarici işlər nazirinə nə hədiyyə etdi?..
Ekskluziv
335
13:03, Bu gün

Türkiyə nümayəndəsi Ermənistan xarici işlər nazirinə nə hədiyyə etdi?..

Xarici işlər naziri Ararat Mirzoyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçdan aldığı hədiyyə barədə müvafiq qurumları məlumatlandırıb.
 
Moderator.az xəbər verir ki, tert.am bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına təqdim edilmiş “Dövlət vəzifəsini tutan şəxsin və ya dövlət qulluqçusunun hədiyyələrinin qeydiyyatı üçün blank”dan öyrənib.
 
Kılıç Mirzoyana 73 min 473 dram(təxm. 325 AZN) dəyərində bəzəkli şüşə qab hədiyyə edib. Mirzoyan hədiyyəni sentyabrın 12-də alıb.
 
Xatırladaq ki, Türkiyənin Ermənistan-Türkiyə nizamlanması prosesində xüsusi nümayəndəsi Serdar Kılıç sentyabrın 12-də Ermənistana gəlib və Xarici İşlər Nazirliyində qəbul olunub.
 
Kılıç 2021-ci ildə Ermənistan-Türkiyə arasında normallaşma prosesi başlayandan bəri ilk dəfə İrəvanda olub.
 
Ankara elçisi səhər saatlarında Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsindən keçərək Ermənistana gəlib və burada onu İrəvanda həmkarı Ruben Rubinyan qarşılayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər