“ABŞ prezidenti Donald Trampın Azərbaycan qarşısındakı ən böyük xidməti odur ki, o, hər iki hakimiyyəti dönəmində ölkəmizə nisbətən obyektiv münasibət sərgiləyib”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Qərb dövlətlərinin Azərbaycana münasibəti ilə müqayisədə Tramp hakimiyyətinin ölkəmizə münasibəti hər zaman müsbət olub:
“İşğal dönəmində Qərbin Azərbaycana münasibəti bəlli idi. Qərb dövlətləri Azərbaycanın haqq işini dəstəkləmir, təcavüzə məruz qalanla təcavüz edən dövlət arasıdna heç bir fərq qoymurdular. Azərbaycanın bütün çağırışlarına rəğmən heç bir Qərb dövləti Ermənistana təzyiq etmirdi. Tramp isə öz hakimiyyəti dönəmində fərqli münasibət ortaya qoydu. Onun ölkəmizə, Prezidentimizə olan hazırkı münsibəti də sevindiricidir.
Bu baxımdan, hesab edirəm ki, Trampın hakimiyyəti dönəmində ABŞ-Azərbaycan əlaqələri daha da genişlənəcək və inkişaf edəcək”.
Seymur ƏLİYEV