Kamala Harris  Nyu-York merliyinə müsəlman namizədi dəstəklədi... 
Ekskluziv
551
08:40, Bu gün

Kamala Harris  Nyu-York merliyinə müsəlman namizədi dəstəklədi... 

ABŞ prezidentliyinə keçmiş namizəd Kamala Harris bazar ertəsi "MSNBC" kanalının "The Rachel Maddow Show" verilişinə verdiyi müsahibədə Nyu-York merliyinə namizəd Zohran Mamdanini dəstəkləyib.
 
Moderator.az "İslamnews" nəşrinə istinadla xəbər verir ki, bu haqda "The New York Times" məlumat yayıb. 
 
"Mən bu yarışda bir demokratı dəstəkləyirəm", - deyə o bildirib
 
Beləliklə, Harris sosialist Mamdaniyə dəstəyini ifadə edən Demokrat Partiyasının ən yüksək vəzifəli üzvü olub.
 
"Mənə gəlincə, o, demokratların namizədi olduğu üçün mən onu dəstəkləməliyəm", - ABŞ-ın keçmiş vitse-prezidenti qeyd edib. Bu, Kamala Harrisin prezident seçkilərindəki məğlubiyyətindən sonra ilk böyük müsahibəsi olub.
 
O, prezidentliyə namizədliyini irəli sürdüyü təcrübələrdən bəhs edən "107 Gün" kitabından danışıb. 
 
Harrisin şərhi əhəmiyyətlidir, çünki Demokrat Partiyasının digər üzvləri, o cümlədən Nyu-York senatoru Çak Şumer, solçu fikirlərinə və İsraili tənqid etdiyinə görə Mamdani ilə bağlı narahatlıqlarını ifadə ediblər.
 
Zohran Mamdani Uqanda əsilli müsəlmandır; atası Mahmud Mamdani tanınmış antropoloqdur. 33 yaşlı siyasətçi gənclərin dəstəyini alır, İsraillə bağlı sərt bəyanatlarla yanaşı, yaşayış xərclərinin aşağı salınması və yoxsullara hökumət tərəfindən dəstək verilməsini müdafiə edir.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər