“Ermənistanın Dostları Şəbəkəsi”nin avropalı nümayəndələri Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsində oldu...-FOTO
Ekskluziv
234
18:12, Bu gün

“Ermənistanın Dostları Şəbəkəsi”nin avropalı nümayəndələri Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsində oldu...-FOTO

“Rasmussen Global” beynəlxalq siyasi məsləhətçi təşkilatının təsisçi sədri, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi”nin nümayəndələri Ermənistan-Türkiyə sərhədində yenilənmiş “Marqara” keçid məntəqəsinə səfəri zamanı qeyd ediblər ki, Ermənistan tərəfi Türkiyə ilə sərhədi açmağa hazırdır.
 
Moderator.az xəbər verir ki, “Armenpress” -in məlumatına görə , Marqara keçid məntəqəsini gəzdikdən və yaradılan imkanlarla tanış olan “Ermənistanın Dostları Şəbəkəsi”nin nümayəndələri jurnalistlərlə söhbətində “Sülh yollarının kəsişməsi” təşəbbüsünə də toxunub, onu perspektivli təşəbbüs kimi qiymətləndiriblər.  
 
Avropalı xarici siyasət eksperti Fredrik Ueslau əvvəlcə qrupun Ermənistana səfərinin əsas məqsədini təqdim edib. 
 
"Biz Cənubi Qafqazda çalışmış, bu regiona və Ermənistana dərindən qayğı göstərən bir qrup avropalıyıq. Biz erməni həmkarlarımızla vəziyyət haqqında daha çox məlumat əldə etmək üçün buradayıq, xüsusən avqustun 8-də həqiqətən tarixi olan və regiona yeni ümid və yeni sülh gətirən Vaşinqton Sənədinin imzalanmasından sonra,"- deyə Fredrik Ueslau bildirib. 
 
O, “Marqara” keçid məntəqəsini və onun infrastrukturunu çox təsi edici hesab edib. “Aydındır ki, Ermənistan tərəfi sərhədlərin açılmasına hazırdır və biz ümid edirik ki, bu, çox tezliklə baş verəcək”, - Ueslau bildirib. 
 
Onun sözlərinə görə, avqustun 8-də Vaşinqtonda sənədin imzalanmasından sonra Ermənistan-Türkiyə quru sərhədinin açılması rəvan proses olmalıdır. "Hesab edirəm ki, biz hamımız bu regionda münasibətlərin normallaşmasının şahidi olmaq istəyirik. Və təbii ki, sərhədlərin açılması da bunun bir hissəsi olmalıdır. Ümid edirik ki, bu, ən qısa zamanda baş verəcək", - Ueslau qeyd edib. 
 
Avropa İttifaqının qonşuluq və genişlənmə danışıqları üzrə keçmiş komissarı Ştefan Füle Ermənistana səfəri barədə danışarkən qrupun bütün üzvlərinin öz ölkələrində, Avropa İttifaqında və NATO-da müəyyən funksiyaları olduğunu vurğulayıb. "Lakin bizi həqiqətən birləşdirən ən mühüm şey, əlbəttə ki, bu regiondur. Bu, Ermənistandır, bu, bütün sülh prosesidir. Biz də onun bir hissəsi olmaq istəyirik", - Füle deyib.
 
Ermənistan-Türkiyə sərhədinin açılması imkanlarına toxunan Füle vurğulayıb ki, “Marqara”da görünənlər həmin gözləntilərin reallaşması istiqamətində mühüm addımdır.  
 
"Hesab edirəm ki, texniki hazırlıq oradadır. Bunu gördükdən sonra heç kimin həqiqətən də şübhəsi qalmır. Digər tərəfdən, bu, təbii ki, prosesin bir hissəsi olmalıdır", - deyə o qeyd edib ki, bu, təcrid olunmuş bir hadisə ola bilməz.
 
  
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər