Getdiyi hər yerə sülh aparan nəhəng siyasətçi
Ekskluziv
469
16:35, Bu gün

Getdiyi hər yerə sülh aparan nəhəng siyasətçi

İlham Əliyevin Nyu-York səfəri və yeni siyasi reallıqlar...

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 sentyabr 2025-ci il tarixində BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gəlib. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin “John F.Kennedy” Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.

Səfər əsnasında Prezident İlham Əliyev dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt,  “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb. Şirkət direktorlarının müraciəti əssında baş tutan görüşlər zamanı bu şirkətlərə Azərbaycan arasındakı əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib. Hər üç şirkətin rəhbərliyi Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu dilə gətirib, bu əməkdaşlığın daha da genişlənməsi və dərinləşməsində maraqlı olduqlarını bəyan ediblər.

Qeyd edək ki, “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” şirkətlərinin Azərbaycanla əməkdaşlığa artan marağı əsasən iki amillə bağlıdır. Bunlardan biri Azərbaycanın iqtisadi potensialının hədsiz böyüklüyü, digəri isə ölkəmizdə sülh və sabitliyinin mövcudluğudur. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bütün regionda sülh və təhlükəsizlik üçün ciddi zəmin formalaşdırıb ki, bu da əksər beynəlxalq şirkətlərin ölkəmizə maraq göstərməsinə səbəb olmaqdadır. Təsadüfi deyil ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev getdiyi hər yerə sülh aparan nəhəng siyasətçi kimi tanınmaqadır. Sülh və sabitlik isə iqtisadi inkişaf üçün ən vacib amildir. Azərbaycan bu mühüm amili təmin etdiyi, eləc də, beynəlxalq iqtisadi əməkdaşlıq sferasında özünü etibarlı tərəfdaş kimi göstərdiyi üçün yuxarıda adıçəkilən şirkətlər ölkəmizlə əməkdaşlığı daha da genişləndirmək arzularını dilə gətirirlər.

Onu da xatırladaq ki, bu şirkətlər qlobal bazarda böyük büdcələri və çoxşaxəli fəaliyyətləri ilə diqqət çəkir. Təkcə bir faktı qeyd edək ki, əsası 1899-cu ildə əsası qoyulan və baş ofisi Kanadada yerləşən “Brookfield Asset Management” şirkətinin aktivlərinin ümumi dəyəri 1 trilyon ABŞ dolarından çoxdur. Bu rəqəmin özü adıçəkilən şirkətin maliyyə gücündən, dünya bazarındakı yerindən xəbər verir.

“Brookfield Asset Management” şirkəti ilə yanaşı, “Blackstone” şirkəti də qlobal iqtisadi proseslərdə aktiv rol oynayır. Bu şirkət yalnız inkişaf etməkdə olan ölkələrə deyil, inkişaf etmiş dövlətlərə də böyük miqdarda sərmayə qoyması ilə gündəmə gəlməkdədir. Nümunə üçün qeyd edək ki, cari ilin sentyabr ayında ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfəri zamanı bu ölkəyə 150 milyard funt sterlinq miqdarında sərmayə qoyacağını bəyan edib. Bu sərmayənin böyük qismi məhz “Blackstone” şirkəti tərəfindən yatırılacaq. Daha dəqiq desək, qarşıdakı 10 il ərzində “Blackstone” Böyük Britaniyaya 90 milyard funt sterlinq sərmayə qoyacaq ki, bu da minlərlə yeni iş yerinin açılması deməkdir. Ümumilikdə isə, “Blackstone” şirkəti qarşıdakı 10 il ərzində Avropada ümumi dəyəri 370 milyard milyard funt sterlinq olan layihlər həyata keçirəcək.

Hazırkı dönəmdə bu cür qlobal şirkətlərin Azərbaycana maraq dövlətimizin güclü iqtisadiyyata malik ölkə kimi beynəlxalq aləmdə qazandığı nüfuzdan xəbər verir. Heç şübhə yoxdur ki, işğaldan azad edilən ərazilərdə yeni və çoxsaylı beynəlxalq layihələr həyata keçirən dövlətimizə yaxın gələcəkdə yeni qlobal şirkətlərin üz tutması sadəcə ölkəmizdə deyil, bütün regionda iqtisadiyyatın inkişafına təkan verəcək və yeni iqtisadi reallıqlar formalaşdıracaq.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər