Bizi sosial şəbəkələrdən izləyin:
İsveçin müdafiə naziri Poul Yonsson yerli “Aftonbladet” qəzetinə açıqlamasında bildirib ki, İsveç ordusu Rusiya təyyarələrinin ölkənin hava məkanını pozacağı təqdirdə onlara qarşı güc tətbiq etməyə hazırdır.
Moderator.az bu haqda "Korrespondent" nəşrinə istinadla xəbər verir.
"İsveç öz hava məkanını müdafiə etmək hüququna malikdir, o cümlədən lazım gələrsə, silahdan istifadə etmək", - Yonsson bildirib.
isveç nazirinin şərhləri Baltikyanı regionda bir sıra insidentlər, Polşa və Böyük Britaniyada NATO hava məkanını müdafiə etməyə hazır olduqları barədə bəyanatlar fonunda səslənir.
Xatırladaq ki, bir az öncə xəbər verdiyimiz kimi, sentyabrın 22-də axşam Kopenhagen hava limanında səmada görünən naməlum dronlara görə həyəcan siqnalı verilib. Norveçin paytaxtı Oslo səmasında da PUA-lar görünüb.
S.Laçın