Daha 2 NATO ölkəsində PUA xaosu...-Bu ölkənin 2 vətəndaşı tutuldu...
Ekskluziv
514
06:46, Bu gün

Daha 2 NATO ölkəsində PUA xaosu...-Bu ölkənin 2 vətəndaşı tutuldu...

Sentyabrın 22-də axşam saatlarında naməlum pilotsuz uçuş aparatları Skandinaviyanın NATO üzvü olan iki ölkəsinə: Danimarka və Norveçə daxil olub.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, “Reuters”in yerli polisdən aldığı məıumata görə, pilotsuz təyyarələrin hava məkanını pozması səbəbindən Kopenhagen hava limanında bütün reyslər ləğv edilib.
 
Polis sözçüsü Henrik Störmer, "Bunu söyləmək çətindir, lakin çox güman ki, onlar kifayət qədər böyük pilotsuz təyyarələr idi",- deyə bildirib.
 
Məlumatda 2, yaxud ilə 4 PUA-nın göründüyü təxmin edilir.
 
"FlightRadar"-ın məlumatına görə, Kopenhagen hava limanında bütün uçuşlar və enişlər yerli vaxtla saat 20:26-dapilotsuz uçan aparat xəbərinə görə dayandırılıb. Ən azı 15 reys başqa hava limanlarına yönləndirilib.
 
Kopenhagen hava limanının sözçüsü bütün nəqliyyatın dayandırıldığını təsdiqləsə də, əlavə şərh verməkdən imtina edib.
Bu arada, "AftonBladet"-in məlumatına görə, Osloda iki nəfər Norveç hava məkanında pilotsuz təyyarələrlə bağlı narahatlıqlar səbəbilə saxlanılıb.
 
Qeyd olunur ki, axşam saat 21:00-dan sonra Oslodakı Akershus qalası hərbi zonası üzərində pilotsuz təyyarələr barədə məlumat daxil olub. Pilotsuz təyyarələr hərbçilər tərəfindən aşkarlanıb.
 
İki Sinqapur vətəndaşı saxlanılıb. Hadisənin təfərrüatları hələlik məlum deyil.
 
Xatırladaq ki, sentyabrın 10-da Ukraynaya növbəti hücum zamanı çoxsaylı rus pilotsuz təyyarələri Polşaya uçub və orada NATO təyyarələri onları vurmalı olub.

Bu hadisə kifayət qədər yüksək profilli presedent yaradıb. Polşa NATO-nun 4-cü maddəsinə istinad edib. Rusiya təyyarəsinin 12 dəqiqə ərzində Estoniya hava məkanına uçaraq hücumu təhrik etməsindən sonra isə növbəti həyəcan təbili çalındı.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib ki, Polşa və Estoniyada baş verən hadisələr Rusiyanın Ukraynaya təcavüzünün başlanğıcını xatırladır...

S.Laçın

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər