“Atam da sağ olsaydı Alim Qasımovun belə oxumağını bəyənməzdi, ona belə öyrətməyib” - FOTO+ÖZƏL
Ekskluziv
292
00:55, Bu gün

“Atam da sağ olsaydı Alim Qasımovun belə oxumağını bəyənməzdi, ona belə öyrətməyib” - FOTO+ÖZƏL

“Alim Qasımov əslinə qalanda Ağaxan Abdullayevin tələbəsi olub. Bəlkə də onun sinfində 10 dəfə oturub, amma sənətdə nə öyrənibsə atamdan öyrənib. Bunu özü də dəfələrlə etiraf edib. Hətta atam muğam oxuyanda səsini gizlin yazdığı üçün ondan halallıq da alıb. Atamı harasa aparanda, gətirəndə muğamın sirlərini ondan öyrənib. İmprovizasiya başqadır. Atam ona belə oxumağı öyrətməyib. Mən sənətkar olsaydım onun bugünki ifaları haqda çox şey deyə bilərdim, amma bir tamaşaçı gözü ilə götürsək, onun bu oxuma üslubunu bəyənən də var, bəyənməyən də. Həmçinin də sənətkarlarımız. Alim müəllimin də, qızı Fərqanə xanımın da səsinin vurğunuyam, onların səsi baldır, adamı yormur. Əvvəlki kimi oxusaydı Alimin səsi kimi ikinci səs yoxdur. Amma improvizasiya edəndə tamaşaçı kimi onun bu oxumağı mənə çatmır. Bu o demək deyil ki, mənim musiqi savadım yoxdur, mən onu anlamıram. Xeyr! Mənim musiqi savadım olmasa da belə, mən musiqini çox gözəl başa düşürəm. Heyf, gərək musiqi savadı alardım. Bəlkə də atam da sağ olsaydı o da bəyənməzdi. Mən belə başa düşürəm”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib. O daha sonra əlavə edib:
 
“Alim Qasımov atamın repertuarından hansı qəzəli, təsnifi istəyir oxusun. Yetər ki, əvvəlki kimi oxusun. Ancaq Hacıbaba Hüseynov kimi ikinci təsnif oxuyan yox idi. Kaş sağ olardı, öz təsniflərini elə özü oxuyardı. Özündə o qədər gözəl alınırdı ki. Atam incəsənətin bugünki vəziyyətini görsəydi, bayağı müğənniləri, mahnıları izləsəydi kişinin ürəyi partlayardı, oturub ağlayardı, dəhşətə gələrdi. Onlar bu sənətdən üzühörmətli getdilər. İncəsənət qara gündədir, nə haldadır. Mahnılar bir sözün, bir notun üstündə yazılır. Siz inanırsınızmı mən artıq efirlərə baxmıram?! Nadir hallarda olar ki, nəyəsə baxım, dinləyim. Aqil Məlikov, oğlu Hüseyn Məlikov oxuyanda qulaq asıram. Kimə lazımdır bu musiqi müsabiqələri? Gündə birini efirə çıxarırlar! Hamısı pul tələsidir. Hamısının dilində trend sözüdür. Trend bilirsiniz nədir? İllərdir oxunan mahnıların bu gün də dillər əzbəri olmasıdır. Trend yutubda olmur. Sənətə qədəm qoyan şəxs birinci atamın təsnifini, qəzəlini oxuyur. Ən çox da onunla ad qoyurlar. Türkiyənin telekanallarında belə, Hacıbaba Hüseynovun sənətindən, təsniflərindən, qəzəliyyatından danışırlar. Bütün bunları görəndə fərəhlənirəm. Trend budur. Bu gün unudulmamaq, yaddan çıxmamaq” deyə sənətkarın qızı bildirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər