“Yeniliklər ictimai nəqliyyatın inkişafına təkan verəcək”
Ekskluziv
234
16:31, Bu gün

“Yeniliklər ictimai nəqliyyatın inkişafına təkan verəcək”

“Azərbaycanda elektrik avtobuslarının yığılması həm avtobus parkının yenilənməsi, həm də ekoloji vəziyyətin yaxşılaşmasına ciddi töhfə verə bilər”.

Bunu Moderator.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

Ekspert qeyd edib ki, ölkə başçısının 19 sentyabr tarixində imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrası da ictimai nəqliyyatın mövcud durumunu əhəmiyyətli dərəcədə yaxşılaşdırcaq:

“Dövlət başçısının “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqındakı” Fərmanı ictimai nəqliyyatla bağlı ciddi yenilikləri nəzərdə tutur. Söhbət bir sıra məqamlarla yanaşı, həm də ictimai nəqliyyatl məşğul olan qurumlara dövlət subsidiyalarının verilməsindən gedir.

Yeni sisteminin tətbiqi ilə bağlı şərtlərdən biri də elektrik avtobuslarının genişləndirilməsidir. Dövlət dəstəyi imkan verəcək ki, sahibkarlar gediş haqqı ilə bağlı kəsirləri doldursunlar və yeni elektrobuslar asınlar.

Hesab edirəm ki, bütün bu yeniliklər ictimai nəqliyaytın inkişafına və təkmiləşməsinə təkan olacaq”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər