“Rusiya NATO ölkələrində xalqla hakimiyyəti üz-üzə qoymağa çalışır”
Ekskluziv
293
14:56, Bu gün

“Rusiya NATO ölkələrində xalqla hakimiyyəti üz-üzə qoymağa çalışır”

“Rusiya NATO dövlətlərinin hava məkanını tez-tez pozmaqla bu ölkələrdə müharibə təşvişi yaratmağa, bununla da xalqla hakimiyyəti üz-üzə qoymağa çalışır”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Polkovnik qeyd edib ki, Moskva bu yolla NATO dövlətlərini Ukraynaya dəstək göstərtməkdən çəkindirməyə çalışır:

“Rusiya NATO ilə müharibə istəmir. Əslində NATO da Rusiya ilə müharibə arzulamır və düz edir. Çünki nüvə dövləti ilə müharibə yanlışdır və mümkün qədər belə bir qarşıdurmadan qaçmaq lazımdır.

Sadəcə, Rusiya bu yolla NATO dövlətlrinə təzyiq göstərməyə, onların Ukraynaya hərbi dəstəyinin qarşısını almağa çalışır. Rusiyanın NATO ölkələrinin hava məkanını tez-tez pozmasında məqsəd budur”.

S.Əliyev

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər