Ekskluziv
709
09:21, Bu gün

"“FSB” gəmisi Bakıya bu vəzifə bölgüsünün müəyyənləşdirilməsi üçün gəlir...”

“Azərbaycan ordusunun dostu güllə, düşməni güllə ilə qarşılamaq təcrübəsi var və Rusiya da bunu 44 günlük müharibə zamanında canlı müşahidə edibdir...”
 
“Rusiya ilə Azərbaycan sözdə də olsa, iki müttəfiq ölkədir. 1997, 2008, 2018 və 2022-ci illərdə iki dövlət arasında daşdan keçən müqavilələr imzalanıb. Düzdür, bağladığımız 2022-ci il 22 fevral tarixli bəyannamədə bəzilərinin iddiasının əksinə strateji müttəfiqlik səviyyəsi nəzərdə tutulmasa da, “regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni müttəfiqlik”dən bəhs olunub. Regional təhülkəsizlik və sabitliyin təmin olunması üçün isə xüsusilə sərhəd qoşunlarımızın bir-biriylə əməkdaşlığı və məlumat mübadiləsi gözləniləndir. Məncə, rus “FSB” gəmisinin Bakıya səfəri bu müqaviləyə uyğundur və hər hansı bəd niyyət daşımır. Prinsipcə daşıya da bilməz. Azərbaycan ordusunun dostu güllə, düşməni güllə ilə qarşılamaq təcrübəsi var və Rusiya da bunu 44 günlük müharibə zamanında canlı müşahidə edibdir. Odur ki, zənnimcə, ruslar sərhədlərimizə daxil olanda bir oturub iki düşünməlidirlər və düşünürlər.”
 
Bu mülahizələri Moderator.az əməkdaşının “Rusiya ilə münasibətlərin hazırkı gərgin görünən vaxtında “FSB”(Federal Təhlükəsizlik Xidməti) gəmisinin Bakıya yan alacağı nədən xəbər verir, sizcə?” sualını cavablandırarkən ifadə edib.
 
“Görünür, Azərbaycan ictimaiyyətində sentyabrın 23-də Bakı limanına daxil olacaq rus gəmisinin “FSB”-yə aid olması müəyyən suallar yaradıb. Amma nəzərə alanda ki, Rusiyanın sərhəd qoşunları da “FSB”-yə daxildir, o zaman narahatlıq üçün heç bir əsasın olmadığı anlaşılır”, -deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb. 
 
Siyasi şərhçi hesab edir ki, “FSB”-nin sərhəd-gözətçi gəmisinin Azərbaycan ərazi sularına daxil olaraq paytaxtımıza yan almasında dövlətimiz üçün təhlükəli heç nə yoxdur. 
 
“ “FSB” gəmisinin Bakı səfərinin məqsədlərinə gəlincə, bu barədə rəsmi açıqlama Rusiya XİN-in sözçüsü 
Marina Zaxarova tərəfindən verilib. Xanım diplomat bildirib ki, “gəminin səfər proqramı çərçivəsində Rusiya və Azərbaycan sərhəd xidmətləri arasında bir sıra görüşlər keçiriləcək. Əsas müzakirə mövzusu isə Xəzər dənizinin akvatoriyasında ikitərəfli əməkdaşlıq məsələləri olacaq”. Fikrimcə, Zaxarovanın bu qısa açıqlaması ictimaiyyətimizdə yaranan bütün suallara kifayət qədər aydınlıq gətirir. Gəmi Bakıya Xəzər dənizində birgə fəaliyyətlərimizi müzakirə etmək üçün təşrif buyurur. Bizim Rusiya ilə Xəzərdə birgə fəaliyyətimiz nə ola bilər? Zənnimcə, son zamanlar geopolitik müzakirələtdə getdikcə daha geniş yer alan Cənub-Şimal dəhlizi. Fars və Oman dənizindən başlayıb Rusiyanın şimalına qədər uzanan bu dəhlizin ən qısa yolu quruda Azərbaycan, suda isə Xəzər dənizi üzərindəndir. Təbii ki, onun qorunması da sahil dövlətlərinin, o cümlədən Azərbaycanın öhdəsinə düşür. Fikrimcə, rus “FSB” gəmisinin ekipajı da məhz bu vəzifə bölgüsünü müəyyənləşdirmək üçün Azərbaycanlı həmkarları ilə müzakirə aparmaq niyyətilə Bakıya gəlir”, - deyə Heydər Oğuz vurğulayıb.
 
Sultan Laçın 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər