Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya top-menecerləri arasında sirli ölümlər silsiləsi davam edir...
Xəbər verildiyi kimi, “NPK Ximprominjiniring” şirkətinin baş direktoru Aleksandr Tyunin Moskvada ölü tapılıb.
Moderator.az -ın israil mediasına istinadla verdiyi xəbərə görə, Rusiya mediası ilkin olaraq intihar versiyasını düşünür. Tyuninin meyiti Moskvanın qərbində, Kokoşkino kəndində meşəlik ərazinin yaxınlığında avtomobilinin yanında tapılıb. Cəsədin yanından ov tüfəngi və intihar qeydi tapılıb, orada şirkət direktorunun depressiya ilə uzun sürən mübarizədən bəhs edib.
Mənbələrin bildirdiyinə görə, Tyunin qeyddə yazıb ki, o, artıq beş ildir ona əzab verən və getdikcə şiddətlənən depressiyanın öhdəsindən gələ bilmir. Onun 50 yaşı var idi.
"Ximprominjinirinq" aviasiya, enerji və sənaye sektorları üçün karbon kompozitləri işləyib hazırlayan və istehsal edən "Rosatom" şirkətidir. Aleksandr Tyunin şirkəti 2016-cı ilin aprelində təhvil alıb. Şirkət daha sonra 2023-cü ilin fevralında ABŞ sanksiyalarına məruz qalmış "Umatex" brendi altında "Qabaqcılmateriallar və texnologiyalar" bölməsinə inteqrasiya edilib.
Qeyd edilir ki, Tyunin Ukraynada müharibə başlayandan bəri, yəni son 3 ildə müəmmalı şəraitdə dünyasını dəyişən iyirminci top-menecerdir. Sentyabrın əvvəlində Kalininqrad yaxınlığında “K-Potash Service” şirkətinin baş direktoru Aleksey Sinitsinin cəsədi aşkar edilib: onun başı kəsilmiş cəsədi yedək ipi bağlanmış körpünün altında tapılıb.
Avqustda “Uralkali”nin İdarə Heyətinin sədri Dmitri Osipovun və “Samolyot” tikinti qrupunun təsisçisi və əsas səhmdarı Mixail Keninin də ölüm xəbəri yayılıb. Onların ölüm səbəbləri hələ də aydın deyil...
S.Laçın