“Zeynəb Xanlarovanı yas məclisində görmədim, ola bilsin ki, işi-gücü var”-Arif Babayevin xanımı - ÖZƏL
Ekskluziv
406
19:15, Bu gün

“Zeynəb Xanlarovanı yas məclisində görmədim, ola bilsin ki, işi-gücü var”-Arif Babayevin xanımı - ÖZƏL

“Arif müəllimin yeri çox görünür. İstər evdə, istər səhnədə, istərsə də tələbələrinin yanında. Hamı onun hörmətini saxlayırdı, diqqətlə yanaşırdı. Mən dövlətimizdən, nazirliyimizdən çox razıyam. Tələbələri zəng edir, mənimlə, oğlum Yaşarla danışırlar. Sağ olsunlar, Allah hamısına can sağlığı versin. Məzarı hazırlanır, başdaşı qoyulacaq. Bu işdə xidməti olanlara minnətdaram”
 
Bunu Moderator.az-a açıqlamasında mərhum xalq artisti, xanəndə Arif Babayevin ömür-gün yoldaşı Gültəkin Babayeva deyib. O daha sonra əlavə edib:
 
“Çox xoşbəxt sənətkar idi ki, o yaşa qədər yaşadı. Getdi doğma torpağını gördü, vətəninə baş çəkdi. O ki, qaldı Ağdamdakı ev muzeyinə.. Hələ Arif müəllimin sağlığında bu haqda bizə deyilmişdi, eşitmişdik. Özü də çox sevinmişdi. Deyirdi ki, evdəki əşyaları daşıyarıq ora. Onun xatirəsini əziz tutan xalqımıza minnətdaram. Allah cavanlarımıza dəyməsin” deyə sənətkarın xanımı bildirib.
 
Gültəkin xanımın “Zeynəb Xanlarova sizə başsağlığı verib sualına?” cavabı belə oldu:
 
“Zeynəb xanım bizim böyük, dünya şöhrətli sənətkarımızdır. Arif müəllimlə Şuşada görüşdülər, xeyli söhbət etdilər. Uzun illər teatrda tərəf müqabili olublar. Arif müəllim də onun xətrini çox istəyirdi. Düzünü deyim ki, onu məclisdə görmədim. Ola bilsin ki, işi-gücü var. Gəlsə də sağ olsun, başsağlığı versə də sağ olsun, verməsə də. Deyilənə görə rəsmi səhifəsində paylaşım edilib. Sağ olsun. Hamının elə imkanı yoxdur. Hamını başa düşürəm” deyə Gültəkin Babayeva bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər