“Ön cəbhədə insanlar yox, robotlar ölməlidir”
Ekskluziv
401
14:39, Bu gün

“Ön cəbhədə insanlar yox, robotlar ölməlidir”

Döyüş sınaqlarındna çıxan dronların ön xətdə daha geniş miqyasda tətbiqi Ukraynanın qarşısında duran əsas vəzifələrdən biridir.

Moderator.az xəbər verir ki, ABŞ hərbi institutlarının apardığı araşdırma göstərir ki, robotların aktiv hərbi əməliyyatlarda geniş tətbiqi daha çox əsgərinin həyatının xilas edilməsinə kömək edir. Bu baxımdan yaxın gələcəkdə Ukraynanın təmas xəttində dronlardan daha çox istifadə etməsi planlaşdırılır. Bunun üçün PUA istehsalçıları ilə mütəmadi əlaqə saxlanılır, döyüş şəraitində hansı PUA-ların özünü müsbət və ya mənfi şəkildə göstərməsi istehsaçı tərəfin diqqətnə çatdırılır.

Xatırladaq ki, hazırda Ukraynanın Rusiyaya qarşı istifadə etdiyi əsas PUA-lardan biri də R-34 kvadrokopteridir. Onun yaradıcısı Vadim Yunyk hesab edir ki, ön cəbhədə insanlar yox, robotlar ölməlidir. Buna görə də hərbi əməliyyatlar meydanında mümkün qədər daha çox insanın robotlarlarla əvəzlənməsi həyati əhəmiyyət kəsb edir.

Mütəxəssislər hesab edir ki, yaxın gələcəkdə müasir hərbi əməliyaytların əsas yükük robotların üzərinə düşəcək. Robotların istehsalı ilə yanaşı, onların ön xətdə minimum zaman ərzində çatdırılması da döyüşlərin taleyinə təsir göstərən əsas elementlərdən biri hesab olunur.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər