Ekskluziv
248
14:43, Bu gün

"Qələbə Moskvanın qapısınadək uzanmalıdır" - Yuşşenko

"Putin rejimi qalarsa, heç bir millət təhlükəsiz olmayacaq..."
 
Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko bəyan edib ki, Putin rejimi yalnız Ukraynaya deyil, bütün dünyaya təhdiddir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Apostrof" telekanalına müsahibəsində bəyan edib. Məlumatı "rbc.ua" nəşri yayıb.
 
"Qələbə 1991 sərhədləri ilə bitmir"
 
Yuşşenko vurğulayıb ki, 1991-ci il sərhədlərinə qayıdış hələ tam qələbə deyil: "Bir çoxları deyir - gəlin, sərhədlərə qədər gedək. Amma bu, tam cavab deyil. Qələbə yalnız sərhədlərlə ölçülə bilməz. Putin rejimi qalarsa, heç bir millət özünü təhlükəsiz hiss edə bilməz. Ona görə də məsələ Moskvanın özündədir".
 
"Bu, xeyirlə şərin savaşıdır"
 
Trampın xüsusi elçisi, general Kit Kelloq isə "Lord Eşkroftla müsahibə" proqramında atəşkəsin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, əgər Putin müharibəni dayandırsa, daha sonra yenidən başlamaq çətin olacaq. Lakin hazırda Kremlin başçısı hələ də hərbi yolla qalib gələcəyini düşünür.
 
"Bu münaqişədə insanlar çox şeyi unudur - burada xeyirlə şərin savaşı gedir. Putin yaxşı adam deyil, onun etdikləri qəddar və dəhşətlidir. Mən inanıram ki, Ukrayna bu müharibədən möhkəm çıxacaq", - Kelloq vurğulayıb.
 
General əlavə edib ki, Putin "nüvə qorxusu" ilə Qərbi təhdid edir, amma NATO-nun əlində Fransa, Britaniya və ABŞ kimi güclü nüvə arsenalı var. Onun fikrincə, bu ritorika qarşısında geri çəkilmək yox, əksinə möhkəm dayanmaq lazımdır.
 
Avropanın baxışı dəyişir
 
Kelloq həmçinin qeyd edib ki, artıq Almaniya kansleri Fridrix Mers, Böyük Britaniya baş naziri Kir Starmer və Polşa hökumət başçısı Donald Tusk Rusiyanı "ekzistensial  təhlükə" kimi görürlər. Bir neçə il əvvəl isə belə ümumi baxış olmayıb.
 
Yuşşenko və Kelloqun mesajları bir-birini tamamlayır: Ukraynanın təhlükəsizliyi sərhədlər məsələsindən daha genişdir. Putin rejimi mövcud olduqca nə Ukrayna, nə də Avropa rahat ola bilər. Bu, sadəcə ərazi uğrunda müharibə deyil, xeyirlə şərin qarşıdurmasıdır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər