“8 Noyabr və 20 sentyabr zəfərlərinin əldə edilməsində aparıcı qüvvə Azərbaycan gəncliyi olub”
Ekskluziv
254
13:00, Bu gün

“8 Noyabr və 20 sentyabr zəfərlərinin əldə edilməsində aparıcı qüvvə Azərbaycan gəncliyi olub”

Bu gün Dövlət Suverenliyi Günüdür.

Maraqlıdır, suevernliyimizin tam bərpasında Azərbaycan gəncliyinin rolu nədən ibarət olub və hansı aspektdən dəyərləndirilməlidir?

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Müstəqilliyimizin dönməzliyinin, ərazimizin tam bərpasının, xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür.

Azərbaycan xalqı 20 sentyabr 2023-cü ilə qədər 200 ildən artıq böyük bir yol keçmişdir. Böyük imperiyaların əhatəsində, müxtəlif zamanlarda çoxsaylı təzyiqlərə rəğmən, milli identikliyini saxlamış, azadlıq, müstəqillik uğrunda mübarizəsindən bir an belə imtina etməmişdir. Nəticədə, torpaqlarını işğaldan azad etmiş, iki yüz illik erməni separatçılığına son qoymuşdur.

Suverenliyin bərpası prosesi 44 günlük müharibədən başlayır. 8 noyabr 2020-ci il tarixində Şuşanın alınması, Ermənistan silahlı qüvvələrinin kapitulyasiyası ilə nəticələnsə də, Xankəndi və bəzi ətraf rayonların ərazisində ermənilərin varlığı qalırdı. Onlar Rusiyalı sülhməramlılar tərəfindən qorunur və yenidən təşkilatlanır, silahlanır, şəxsi heyətin rotasiyasını həyata keçirir və müdafiə səngərləri qururdular. Nəzarət etdikləri ərazilərdə, Azərbaycanın təbii sərvətlərini talan edirdilər.

Bütün bunların gələcəkdə, Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükələrə yol açağını görən Prezudent, Müzəffər Ali Baş Komandan İlham Əliyev 19.09. 2023-cü il tarixdə anti-terror əməliyyatlarının keçirilməsi haqqında əmr verdi. Cəmi 24 saat ərzində düşmənin mövqeləri darmadağın edildi. Ermənilər ağ bayraq qaldırdılar. Azərbaycan vətəndaşlığından imtina edən ermənilər, kütləvi şəkildə ərazini tərk etmək məcburiyyətində qaldılar.

Şübhəsiz, bütün bu qələbələrin əldə olundasında əsas aparıcı qüvvə Azərbaycan gəncliyidir. 19-20-25 yaşlı, heç zaman Qarabağı görməyən gənclər, Ali Baş Komandanın bir çağırışı ilə Silahlı Qüvvələrin tərkibində düşmənə qarşı mərdliklə vuruşdular. Bir çoxları şəhid, qazi oldu. Ermənilər arasında 12 mindən çox fərari olduğu halda, bizim gənclər arasında bir dənə də olsa, Ordudan yayınan olmadı. Hər bir gənc bir yumruq kimi, “Dəmir Yumruğun” ətrafında birləşdi. 44 günlük müharibədə olduğu kimi, ondan sonrakı anti-terror əməliyyatlarında da, öz sözlərini dedilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu gün tam məsuliyyətlə demək olar ki, Azərbaycan gəncliyi bütün dünyaya vətənpərvərlik dərsi keçdi, 21-ci əsrdə tarix yazdı. Xalqımız öz qəhrəman gəncliyi ilə fəxr edir. Dövlətimiz istər torpaqların azad olunmasında, istərsə də suverenliyin bərpasında gəncliyin rolunu yüksək qiymətləndirir”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər