Bu, Ukrayna üçün NATO-ya ən yaxşı alternativdir
Ekskluziv
570
12:21, Bu gün

Bu, Ukrayna üçün NATO-ya ən yaxşı alternativdir

“Nəhəng və çoxşaxəli silah sənayesinə sahib olmaq Ukrayna üçün NATO-ya ən yaxşı alternativdir”.

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Hərbi nəşrin bildirdiyinə görə, bu həqiqət Ukrayna tərəfindən də yaxşı dərk edildiyi üçün, rəsmi Kiyev silah sənayesinin inkişafına getdikcə daha çox vəsait sərf etməkdədir.

Bundan başqa, nəşr iddia edir ki, Ukrayna dron və anti-dron sistemləri sahəsində daha ciddi uğurlara nail olub ki, bu da onun gələcəkdə nəhəng dron ixracatçısı olmaq ehtimalını artırır. Hətta Ukrayna yaxın gələcəkdə ABŞ və Avropa dövlətlərini müxtəlif PUA və raketlərlə təmin etməsi mümkündür.

Nəşr bildirib ki, Ukraynanın yerli arsenalında son nailiyyətlərdən biri Rusiyanın tıxanma cihazlarından yayına bilən, 20 kilometrdən (12 mil) çox uça bilən və altı kiloqram (13 funt) idarə olunan partlayıcıları tanklara və digər yüksək dəyərli hədəflərə ata bilən kvadrokopter pilotsuz təyyarələrdir. Ukraynanın hərbi sənayenin inkişafına böyük diqqət ayırması gələcəkdə bu qəbildən olan daha təhlükəli PUA-ların istehsalına imkan verəcək ki, bu da Avropanın Rusiya təhlükəsindən qorunması baxımından da mühüm əhəmiyyətə malikdir.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər