Ekskluziv
195
08:52, Bu gün

"Tramp həbsə atıla bilər...- O, açıq şəkildə diktatorlara rəğbət bəsləyir..."-PORTNİKOV

"...Çünki o, özü də “təpədən dırnağa avtokratdır..."
 
"Onun fəaliyyətini obyektiv şəkildə işıqlandıran televiziya kanallarının lisenziyalarının ləğv olunmasını tələb etməsi buna bariz nümunədir..."
 
Respublikaçıların Konqresə aralıq seçkilərdə məğlub olması ABŞ-ın hazırkı prezidenti Donald Trampa ciddi zərbə olacaq.
 
Moderator.az xəbər verir ki, bu fikri tannmış ukraynalı  jurnalist və siyasi şərhçi Vitali Portnikov “Espresso” kanalına müsahibəsində bildirib.
 
"Bu, impiçmentə aparan yoldur, impiçmentə aparan yol isə məhkəməyə aparan yeni yoldur", - o, izah edib.
 
Portnikovun sözlərinə görə, Tramp açıq şəkildə diktatorlara rəğbət bəsləyir, çünki o, özü də “təpədən dırnağa avtokratdır”. 
 
Jurnalist vurğulayıb ki, Amerika demokratiyası tez nöqtə qoymağa imkan vermir, lakin hazırda dünya populistlərin avtokratlara çevrildiyi tarixi bir məqamdadır.
 
O həmçinin proqnozlaşdırıb ki, Tramp 2029-cu il seçkilərində uduzsa və ya başqa respublikaçı namizədi dəstəkləməyə məcbur olsa belə, demokratlar yenidən hakimiyyəti ələ keçirə bilərlər.
 
"Təsəvvür edin ki, o hətta şəxsən uduzmayıb, əksinə, respublikaçı namizəd kimi məğlubiyyətə uğrayıb. ABŞ-da demokrat, eləcə də solçu demokrat da qalib gələ bilər. İndi ABŞ-da nə baş verdiyini görürsünüz", - Portnikov qeyd edib.
 
O, iqtisadi və sosial böhran şəraitində solçu demokrat namizədin şansının daha çox olacağını vurğulayıb.
 
"Belə solçu demokrat Trampı məhkəmənin qərarı olmadan da həbs edə bilər. O ya onu ömürlük həbsə göndərməyin, ya da ictimaiyyəti prezidentin ağır fiziki vəziyyətdə olduğuna inandırıb ruhi xəstəxanaya yerləşdirməyin bir yolunu tapacaq", - jurnalist bildirib.
 
Siyasi şərhçinin fikrincə, Tramp demokratik təsisatları sındırmaqla olsa belə, hakimiyyəti saxlamaq üçün hər şeyi edəcək.
 
"Onun etdiyi hər şey Amerika demokratiyasını məhvinə xidmət edir. Onun fəaliyyətini obyektiv şəkildə işıqlandıran televiziya kanallarının lisenziyalarının ləğv olunmasını tələb etməsi buna bariz nümunədir", - deyə Portnikov yekunlaşdırıb.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər