“Dünyanın bir hissəsinə Rusiya, digər hissəsinə isə İsrail meydan oxuyur...”
Ekskluziv
427
08:26, Bu gün

“Dünyanın bir hissəsinə Rusiya, digər hissəsinə isə İsrail meydan oxuyur...”

“Netanyahu  sanki bir aqoniya vəziiyyətindədir, reallıq hissini itirmiş bir durumdadır...”
 
"Əslində vəziyyət həqiqətən də həddindən artıq ağırdır və reallıqda Amerika artıq İsrailin arxasında dayanmayacaq..."
 
“Yaxın Şərqdə, Qəzzada baş verən son hadisələr İsrailin dünyaya meydan oxumasıdır. Gerçəklik budur ki, dünyanın bir hissəsinə Rusiya, digər hissəsinə isə Yaxın Şərqdə İsrail meydan oxuyur. İsrail artıq özünü bütün dünyaya qarşı qoyubdur. Bilirsiz ki, BMT-nin Baş Katibi səviyyəsində, BMT Təhlükəsizlik Şurası və BMT-yə üzv ölkələrin əksəriyyəti səviyyəsində İsrailə qarşı bir blok formalaşıb. Hətta 20-dən çox ölkənin qoşulduğu bir yürüş başlayıb. Türkiyə də bu blokun içərisində yer alır. Bu, donanmalardan ibarət Qəzzaya doğru, İsrailin hərəkətlərinə qarşı yönəlmiş bir yürüşdür. Həmin gəmilərlə ərzaq və digər yardımlar da göndərilir. Yəni artıq bütün dünya İsrailə qarşıdır”. 
 
Azad Vətən Partiyasının sədri Akif Nağı bu fikirləri Moderator.az əməkdaşının “Qəzzada baş verənlərin sonunu necə görürsüz? İsrailin “HƏMAS”-ın 7 oktyabr hücumunu bəhanə edərək başlatdığı və bu günlər bütövlükdə zolağı zəbt etmək üçün genişmiqyaslı hücumla davam etdirdiyi faktiki soyqırımının nə vaxt dayanacağını düşünürsüz?” sualını cavablandırarkən ifadə edib.
 
“İsrailin baş naziri Benyamin Netanyahu bu günlərdə belə bir açıqlama verib ki, "Biz məhrumiyyətlərə, məhdudiyyətlərə, sanksiyalara hazır olmalıyıq." Yəni İsrail rəhbərləri özləri də bunu görürlər, vəziyyətin ağırlaşdığını qəbul edirlər. Lakin Netanyahu  sanki bir aqoniya vəziiyyətindədir, reallıq hissini itirmiş bir durumdadır. O bu şəkildə Qəzzanı tamamilə  məhv etmək və dünyanın əksər hissəsinin İsrailə qarşı çevirməklə ölkəsini və xalqını çox çətin vəziyyətə salır. Hətta Amerika Birləşmiş Ştatları da İsrailin hərəkətlərini müdafiə etməkdən çəkinir. Sadəcə üzdə, görüşlərdə hansısa dəstək şüarları səslənir. Amma əslində vəziyyət həqiqətən də həddindən artıq ağırdır və reallıqda Amerika artıq İsrailin arxasında dayanmayacaq”, -deyə davamında partiya sədri diqqətə çatdırıb.
 
Siyasətçi hesab edir ki, İsrailin hazırkı lideri ölkə dövlətçiliyini böyük təhlükə qarşısında qoyub. 
 
“Gerçəklik budur ki, Netanyahu  2000 ildən çox bir müddətdən sonra çox çətinliklə qurulmuş İsrail dövlətini böyük təhlükə qarşısında qoyub. Bu şəkildə hərəkət etmək, başqalarının torpaqlarını zəbt etmək, beynəlxalq qanunları pozmaq olmaz. Və hesab edirəm ki, bu cür davranışlar İsrail üçün yaxşı bir gələcək, perspektivi vəd etmir. İsrail işğalı, müxtəlif ölkələrə hücumları genişləndirməklə artıq böyük bir hərbi koalisiyanın müqaviməti ilə qarşılaşa bilər”, -deyə Akif Nağı vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər