Tramp Rusiya qırıcılarının Estoniyaya soxulmasına necə reaksiya verdi?..-FOTO
Ekskluziv
284
06:54, Bu gün

Tramp Rusiya qırıcılarının Estoniyaya soxulmasına necə reaksiya verdi?..-FOTO

 
 
 
Rusiya isə həyasızcasına Estoniyanın hava məkanının pozulması ilə bağlı iddiaları rədd edərək, qırıcı təyyarələrin uçuşlarının qaydalara uyğun həyata keçirildiyini və digər dövlətlərin sərhədlərini keçmədiyini bildirib...
 
ABŞ prezidenti Donald Tramp Rusiya hərbi təyyarələrinin Estoniya hava məkanını pozmasına münasibət bildirib.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
 
Trampdan rus təyyarələri ilə bağlı insidentə münasibət bildirməsi istənilib və o, bunu bəyənmədiyini bildirib.
 
O, jurnalistlərə "Belə şeylərin baş verməsindən xoşum gəlmir. Bu, böyük problemlərə səbəb ola bilər. Bu barədə mənə məlumat veriləcək"- deyib.
 
Daha əvvəl bildirilmişdi ki, ABŞ Senatındakı respublikaçılar prezident Donald Trampın onlara Rusiya və onun neft alan ölkələrinə qarşı sərt, ikipartiyalı sanksiya qanunvericiliyinin qəbuluna icazə verməkdən imtina etməsindən qıcıqlanıblar.
Xatırladaq ki, dünən, sentyabrın 19-da Rusiyanın üç "MiQ-31" qırıcısı Estoniyanın hava məkanına icazəsiz daxil olub. Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini etiraz notası təqdim etmək üçün çağırıb. Xarici işlər naziri Margus Tsahkna hadisəni "görünməmiş həyasızlıq" adlandırıb. Üç "MiQ-31" qırıcısının Finlandiya körfəzi üzərində uçduğu və 12 dəqiqə orada qaldığı bildirilir.

"NATO qırıcıları cavab verdi və Rusiya təyyarəsi qaçmağa məcbur oldu. Bu cür pozuntu qətiyyən yolverilməzdir", - Estoniya baş naziri Kristen Mixal qeyd edib.

Rusiya isə həyasızcasına Estoniyanın hava məkanının pozulması ilə bağlı iddiaları rədd edərək, qırıcı təyyarələrin uçuşlarının qaydalara uyğun həyata keçirildiyini və digər dövlətlərin sərhədlərini keçmədiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, üç "MiQ-31" qırıcısı sentyabrın 19-da Kareliyadan Kalininqrad vilayətindəki aerodroma planlı uçuş həyata keçirib.

Ruslar təyyarələrin razılaşdırılmış hava marşrutundan kənara çıxmadığını və guya “Estoniyanın hava məkanını pozmadığını” vurğulayıb.

S.Laçın

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər