Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi...-VİDEO
Ekskluziv
938
12:54, Bu gün

Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi...-VİDEO

2 il öncə Azərbaycan ərazisində tamamilə ləğv olunmuş separatçı-terrorçu rejimin qondarma "prezident"i Samvel Şahramanyan  sentyabırn 14-də Xankəndində ictimai tədbir zamanı kütləvi terrora cəhd etməsi haqda Azərbaycanın rəsmi qurumlarının xəbər yaydığı erməniəsilli ölkə vətəndaşı Karen Avanesyan barədə danışıb.

Moderator.az xəbər verir ki, bu haqda "Armenia News" məlumat yayıb.

S.Şahramanyan məsələyə İrəvanda Qarabağdan ermənilərin köçməsinin 2-ci ildönümü ilə bağlı keçirilən tədbirlər zamanı münasibət bildirib. Separatçı lider Xankəndində qeyd edilən ad-soyadda şəxsin qalıb yaşadığını təsdiqləyib.

"O, bir neçə onlarla erməni ilə birlikdə Stepanakertdə(Xankəndində- S.L.) qaldı... Hadisə ilə bağlı isə şərh verə bilmərəm, çünki məlumat çox azdır. Amma belə bir hadisə baş veribsə, deməli, onu bu həddə çatdrıblar", -  Şahramanyan belə qərəzli açıqlama verib.

Separatçı-terrorçu lider dolayısıyla iddia edib ki, guya Xankəndində yaşayan Karen Avanesyana qarşı əvvəlcədən hansısa təzyiqlər, zorakı hərəkətlər olub. Halbuki, Azərbaycan rəhbərliyinin və müvafiq rəsmi qurumların da bildirdiyinə görə, Qarabağda yaşamaqda davam edən erməni vətəndaşlara qarşı heç bir ayrı-seçkiliyə yol verilmir. Onalr da digər vətəndaşlar kimi, sosial müavinət və başqa yardım və güzəştlərlə təmin olunurlar.

S.Laçın

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər