“Qızım burada yaşayır” - Əməkdar artist Türkiyəyə köçüb? -AÇIQLAMA
Ekskluziv
466
17:19, Bu gün

“Qızım burada yaşayır” - Əməkdar artist Türkiyəyə köçüb? -AÇIQLAMA

Əməkdar artist, xanəndə, ötən illərin ən sevimli müğənnilərindən biri olan Raziyə Şirinovanın ölkəni tərk edərək Türkiyəyə köçdüyü deyilir.
 
Moderator.az müğənni ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib:
 
“Mən heç vaxt ölkəmi tərk edib hansısa ölkəyə köçmərəm. Azərbaycana, insanlarına canım fəda olsun. Hazırda Türkiyədəyəm, Tekirdağ deyilən ərazidəyəm. Qızım burada yaşayır. Sözün düzü bir az müalicə və müayinə olunmağa gəldim. Azərbaycanda da yaxşı həkimlər var, sadəcə olaraq burada ikən dedim ki, elə bir həkimə də gedim. Mən tez-tez qızımın yanına gedib-gəlirəm. O mənim üçün orada yaşamaq izni də alıb. İnşallah tezliklə Bakıya gələcəm” deyə əməkdar artist bildirib.
 
Müğənni illərdir efirlərə çıxmır:
 
“Artıq yaş o yaş deyil. Efir gözəllik, estetiklik sevir. Üzümüzdə bir az qırışlar əmələ gəlib. Bu yaşda nə vacibdir ki, efirə çıxasan? Mən sevmirəm. Uzun illər də həyat yoldaşıma görə çıxa bilmirdim. Çünki ağır xəstə idi, mən ona baxırdım. Ona görə də həvəsdən düşmüşəm. Həm də efirə o adam çıxır ki, yeniliklərdən danışır. Məndə bir yenilik yoxdur, nədən danışa bilərəm axı?” deyə sənətkar bildirib.
 
Qeyd edək ki, hələ tələbə ikən «Lalə» qızlar ansamblının, 1964-1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülür. 1980-cı ildə R.Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilir, 2005-ci ilə kimi teatrda çalışır. Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar – “Əsli və Kərəm”də Əsli, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Gəlin qayası”nda Tutu , Əmi qızı, “Leyli və Məcnun”da Məcnunun anası və s. rollarda çıxış edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər