Bizi sosial şəbəkələrdən izləyin:
Dünyanın ən dar küçəsi Türkiyənin Bursa şəhəri yaxınlığındakı Cumalıkızık kəndində yerləşir.
Moderator.az xəbər verir ki, bu barədə ermenihaber.am yazıb.
Küçənin eni cəmi 60-70 santimetrdir və küçədən yalnız 1 nəfər keçə bilər. Bu unikal məkan indi turistlərin və fotoqrafların sevimli dayanacağıdır.
Küçə “Çınaralığı” adlanır. Həmin kənddə bu adla bağlı əfsanə qorunub saxlanılmışdır. Deyilənə görə, Türkiyənin “Müstəqillik Döyüşü” zamanı yunan qoşunları kəndliləri diri-diri yandırmaq üçün məscidə yığıblar. Lakin xalq bu dar küçədən qaçaraq türk qoşunlarının mövqelərinə çata bilib. Yunanlar xiyabanın girişinə çatanda bunun çıxılmaz olduğunu düşünüb heyrətlə deyiblər: “Buradan adam keçə bilməz, bu ancaq şər adamların işi ola bilər”. Bu sözlərdən sonra küçə “Şər insanlar xiyabanı” kimi tərcümə olunan “Çınaralığı” adlandırılmışdır.