“Zəfər Muzeyinin inşası Şuşanın ehtişamına layiq yenilik olacaq”
Ekskluziv
298
15:41, Bu gün

“Zəfər Muzeyinin inşası Şuşanın ehtişamına layiq yenilik olacaq”

“Şuşada Zəfər Muzeyinin inşası mədəniyyət paytaxtımızın adına, tarixi şöhrətinə, ehtişamına layiq yenilik olacaq”.

Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib. Xalq şairi qeyd edib ki, bu, Zəfər tariximizin həm gənclər, həm də turistlər arasında təbliği baxımından da faydalı olacaq:

“Şuşada Zəfər Muzeyinin inşası ideyası olduqca müsbət və təqdirəlayiq bir addımdır. Şuşada belə bir muzeyin inşasına həqiqətən də ehtiyac var. Çünki Şuşa şəhəri uğrunda gedən döyüşlər Vətən müharibəsinin taleyinə ciddi təsir göstərən müstəsna əhəmiyyətli döyüşlər olub.

Bu gün Şuşaya xarici ölkələrdən çoxlu turistlər gəlir. Şuşa, onun qəhrəmanlıq tarixi ilə bağlı turistlərə bir məkanda – Zəfər Muzeyində məlumat vermək daha asan və daha effektlidir.

Bu mənada Şuşada inşa ediləcək Zəfər Muzeyinin qəhrəmanlıq tariximizin təbliğinə böyük töhfə verəcəyi şübhəszidir”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər