Ekskluziv
257
14:22, Bu gün

"Biz indi xoşbəxtik, çünki azadıq və heç kəsə hökmranlıq etmirik" - Boris Conson

 
"Putin düşündüyündən daha zəifdir, amma onu yalnız güclü təzyiq dayandıra bilər..."
 
Böyül Britaniyanın sabiq baş naziri Boris Conson Rusiya hakimi Vladimir Putinə birbaşa mesaj göndərib: "Sən milyonlarla insanın ölümünə və yaralanmasına səbəb oldun. Ölkəni zəiflətdin, xalqını yoxsulluğa və qorxuya sürüklədin".
 
Moderator.az xəbər verir ki, bu barədə o, "QORDON" nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində bəyan edib.
 
Putinə ünvanlanan sərt sözlər
 
Conson deyib: "Britaniya imperiyası bir vaxtlar dünyanın ən böyüyü idi, amma biz indi xoşbəxtik, çünki azadıq və heç kəsə hökmranlıq etmirik. Başqasına sahib olmaq, onu idarə etmək xoşbəxtlik gətirmir. Ukrayna sənə məxsus deyil, onu tərk et və öz xoşbəxtliyini başqa yerdə tap". Consonun fikrincə, Putin tarixi səhvlərin içində itib. O, Rusiyanın gücünü imperiya illüziyaları üzərində qurmaq istəyir, amma bununla yalnız öz ölkəsini dünya arenasında təcrid vəziyyətinə salır.
 
Putinin zəifliyi və Tramp amili
 
Sabiq baş nazir deyir ki, Kreml rəhbərinin mövqeyi gözlədiyindən də pisdir: iqtisadiyyat zəifləyib, ordu böyük itkilər verib, amma Putin inadla geri çəkilmir. "O, Trampı aldatmaq, vaxt qazanmaq istəyir. Tramp ağıllı danışıqlar aparandır, amma onun Putinə qarşı sərt mövqe tutması vacibdir. Hazırkı təzyiq çox zəifdir", - Conson vurğulayıb. O, əlavə edib ki, Putin Trampla yaxınlaşmağa ümid edir, çünki ABŞ-ın yumşaq mövqeyi sanksiyaların və Qərbin dəstəyinin zəifləməsinə gətirib çıxara bilər.
 
"Raketləri kimə saxlayırsınız?"
 
Conson ən çox Almaniyanı hədəfə alıb. Onun sözlərinə görə, Berlinin əlində yüzlərlə TAURUS raketi var, amma onlar istifadəsiz qalıb: "Onları kimə saxlayırlar? Lüksemburqa qarşımı? Ukraynaya verin! Ukrayna bu silahlarla özünü müdafiə edə, Rusiyanın hücumlarını dayandıra bilər". Sabiq baş nazir həmçinin Rusiyanın 300 milyard dollarlıq dondurulmuş aktivlərinin Kiyevə verilməsini zəruri sayır. Onun fikrincə, bu addım təkcə Ukraynaya iqtisadi dəstək olmaz, həm də Rusiyaya güclü siqnal göndərərdi.
 
NATO masasında gizli planlar
 
Conson NATO-nun hazırkı mövqeyini "ölçülü və düşünülmüş" adlandırır. Alyans nüvə müharibəsi riskindən qaçmağa çalışır. Amma o xəbərdarlıq edib: əgər Putin Polşaya tanklarla daxil olarsa, vəziyyət tamamilə dəyişəcək. "Onda NATO masasında çox dəhşətli planlar işə düşəcək. Qərb real olaraq qorxulu addımlar atacaq və Putin bunun nəticələrinə hazır olmalıdır", - Conson deyib.
 
Müharibənin sonu Qərbin əlindədir
 
Sabiq baş nazirə görə, müharibə yalnız bir şərtlə: Qərb Putinə Ukrayna üzərində siyasi nəzarət planlarının mümkünsüz olduğunu aydın şəkildə göstərəndə bitəcək. Əks halda Putin ukraynalılara "Qərb sizi satdı" mesajı verməyə davam edəcək. "Ukraynanın yeri NATO və Avropa İttifaqıdır. Qərb bu barədə birmənalı danışmalıdır. Əgər tərəddüd etsək, Putinə fürsət verəcəyik", -  Conson qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər