Ekskluziv
271
07:21, Bu gün

"Paşinyanda Trampın "vatsap" nömrəsi var...-Heç bir erməni liderin belə münasibəti olmayıb..."

Ermənistanın “Respublika Naminə” partiyasının lideri Arman Babacanyanın sözlərinə görə, avqustun 8-də ABŞ heç bir tərəfin (Ermənistan-Azərbaycan) özünü məğlub hiss etməsinə imkan verməyib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Armenian Tayms" məlumat yayıb.
 
"Paşinyanda Trampın "WhatsApp"("vatsap") nömrəsi var. Ermənistanın heç bir liderinin belə münasibəti olmayıb", - A.Babacanyan belə deyib.
 
Həmsöhbətin sözlərinə görə, tərəflərə nə etməyi tapşıran açıq-aydın bir əl var, o da ABŞ-dır.
 
Babacanyan əmindir ki, sülh qiymətli həzzdir: o, sadəcə olaraq manna kimi başınıza düşmür, vəssalam.
 
Siyasətçinin fikrincə, Rusiya ilə sülh bir araya sığmır, ona görə də müxalifətin iddia etdiyi kimi 10 noyabr sənədinə qayıtmağa ehtiyac yoxdur.
 
Türkiyə ilə münasibətlərin normallaşmasına toxunan partiya sədri deyib: “Biz millət olaraq “Türk düşməni” deyə qışqıra bilərik. Bu, Türkiyəni zəiflətməyəcək. Biz qonşularımızla münasibətlərimizi normallaşdırmalıyıq”.
 
Daxili siyasi məsələlərdən danışan Arman Babacanyan qeyd edir ki, 2026-cı il seçkilərində siyasi qüvvələrin bölünməsi sülh və müharibə tərəfdarları arasında olacaq. Sonuncu eyni zamanda, sülhsevər Milli Konqresin(eks-prezident L.Ter-Petrosyanın partiyası- S.L.) hazırda müharibə tərəfdarlarının düşərgəsinə düşməsindən təəssüfləndiyini bildirib: "AMK öz gələcəyini Respublika partiyası(Xocalı canisi Serj Sərkisyanın partiyası-S.L.) ilə sıx bağlayıb. Hədəf Ermənistan dövlətçiliyidir".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər