Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Vladivostokda Ukrayna ərazisində hərbi cinayətlərdə iştirak edən Rusiya hərbçilərinin yerləşdirildiyi yerdə partlayışlar həyata keçirib.
Moderator.az xəbər verir ki, bu, "Ukrainskaya pravda" nəşrinin hərbi kəşfiyyatçılardan biri ilə söhbətindən bəlli olub.
Məlumata görə, Ukrayna döyüşçüləri Rusiya Federasiyasının Primorsk diyarının Şitovaya kəndi ərazisində Kiyev, Uqledar, Kursk və Mariupol istiqamətində hərbi əməliyyatlarda iştirak edən 155-ci əlahiddə mühafizə dəniz piyada briqadasının 47-ci əlahiddə desant-hücum taborunun yerləşdiyi ərazidə xüsusi əməliyyat keçirib.
Rus 155-ci briqadası yerli əhaliyə qarşı xüsusi qəddarlığı və ukraynalı əsirlərin edam edilməsi ilə fərqlənirdi.
Çərşənbə axşamı yerli vaxtla səhər saat 9-da hərbi hissənin dayanacağında bir güclü, daha sonra isə ikinci güclü partlayış baş verib. Rusiya ictimai şəbəkələrinin məlumatına görə, partlayışlar yerinə çoxlu texnika, xüsusi təyinatlılar və helikopter gəlib. Şitovaya kəndinin girəcəyində inzibati binaların və dayanacaqların yaxınlığındakı ərazi mühasirəyə alınıb.
Ərazidə nəqliyyatın hərəkəti qismən bağlanıb, hüquq-mühafizə orqanlarının əməkdaşları bütün avtomobilləri yoxlayır. Partlayışların səbəbinin "qaz avadanlığı ilə bağlı insident" olduğu iddia edilir.
Mənbənin sözlərinə görə, Vladivostokda Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı nəticəsində ölən və yaralanan işğalçılar var. Hadisə şahidlərinin sözlərinə görə, hadisə yerində çoxlu sayda təcili yardım maşınları var.