“BƏƏ prezidentinin ölkəmizə səfəri iki dövlət arasındakı əməkdaşlığa yeni perspektivlər qazandıracaq”
Ekskluziv
469
16:05, Bu gün

“BƏƏ prezidentinin ölkəmizə səfəri iki dövlət arasındakı əməkdaşlığa yeni perspektivlər qazandıracaq”

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfər edib, Şuşada dövlətimzin başçısı Prezident  İlham Əliyevlə görüşüb.

Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov bu səfərin əhəmiyyətinə diqqət çəkib:

“Azərbaycan dövlətinin uğurlarını dünyaya tanıtmaq baxımından işğaldan azad edilmiş ərazilərə müxtəlif ölkələrin rəhbərlərinin səfərləri böyük əhəmiyyət daşıyır. Onların səfərlər zamanı Azərbaycan dövlətinin apardığı tikinti-quruculuq işlərini görməsi və onlarla tanış olması Azərbaycanın həm iqtisadi gücünün, həm də bu layihələri həyata keçirməsi baxımından insan potensialının olmasını nümayiş etdirir. Bu da Azərbaycanın nüfuzunu daha da artırır.

BƏƏ kimi imkanlı ölkələrin rəhbərlərinin Qarabağa, xüsusən də, Şuşaya səfər etməsi isə həm turizm imkanlarının artırılması, həm də müxtəlif layihələrdə onların da iştirakına imkanlar yaradır. BƏƏ ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Ölkələrimiz yaşıl enerji sahəsində geniş əməkdaşlıq edir.

Hesab edirəm ki, bu səfər Qarabağın yaşıl enerji sahəsindəki sərvətlərindən istifadə üçün birgə fəaliyyəti də əhatə edəcək. Quruculuq işlərində BƏƏ-nin dəstək verməsi də əməkdaşlığın tərkib hissəsi olacaq. Bir sıra dost ölkələr Qarabağda öz hesablarına müxtəlif layihələr həyata keçirib. Hesab edirəm ki, BƏƏ də onlardan biri olacaq”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər