“Müdafiə və təhlükəsizlik xərclərinin 300 milyon manatdan çox artırılması zərurətdən irəli gəlir”
Ekskluziv
353
11:39, Bu gün

“Müdafiə və təhlükəsizlik xərclərinin 300 milyon manatdan çox artırılması zərurətdən irəli gəlir”

Asim Mollazadə: “Biz ordumuzu gücləndirməkdə davam etməliyik”

“Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 300 milyon manatdan çox artırılması zərurətdən irəli gəlir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmini üçün belə bir addımın atılması vacibdir:

“Yaxın tarixi keçmişdə yaşananlar göstərdi ki, Azərbaycanın təhlükəsizliyinin ən etibarlı qarantı Ordusu, Silahlı Qüvvələridir. Buna görə də biz Silahlı Qüvvələrimizin peşəkarlığının artırılmasını, maddi-texniki bazasının gücləndirilməsini, yeni silahların, texnikaların alınmasını daim diqqətdə saxlamalıyıq. Unutmaq olmaz ki, xalqımızın, dövlətimizin təhlükəsizliyi bilavasitə ordumuzdan, onun hazırlıq səviyyəsindən asılıdır.

Hesab edirəm ki, bundan sonra da Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi məsələsi diqqət mərkəzində saxlanılmalı, bu istiqamətdə bütün gərəkli addımlar atılmalıdır”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər