Şuşada tapılan silahlar: DTX və DİN tarix yazmaqda davam edir...
Ekskluziv
353
18:38, Bu gün

Şuşada tapılan silahlar: DTX və DİN tarix yazmaqda davam edir...

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin birgə məlumatına əssən Şuşada külli miqdarda silah-sursat tapılıb. Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində tapılan silahlar DTX və DİN-nin birgə tədbirləri nəticəsində aşkarlanıb. Hazırda DTX tərəfindən əməliyayt-axtarış tədbirlərinin davam etdiyi bildirilir.

Zəfərin 5-ci ildönümü ərəfəsində DTX və DİN tərəfindən Şuşa rayonunda Ermənistan ordusuna məxsus silah-sursatın tapılması hər şeydən öncə adıçəkilən qurumların ayıq-sayıqlığından, peşəkarlığından xəbər verir. Bu fakt sübut edir ki, həm DTX, həm də DİN xalqımızın təhlükəsizliyini qorumağa qadirdir və bu istiqamətdə fasiləsiz tədbirlər həyata keçirir.

Şuşada tapılan məlum silahlar eyni zamanda Ermənistanın vaxtiylə hansı səviyyədə militaristləşdirildiyini göstərir. Müharibənin bitməsindən 5 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, işğaldan azad edilən ərazilərdə hələ də külli miqdarda silah-sursatın tapılması sübut edir ki, erməni separatizmi bu torpaqların az qala hər qarışını silah-sursatla “bəzəyib”, təbiətin qoynunda saysız-hesabsız silah anbarları yaradıb. İşğaldan azad edilən ərazilərdə hər il çoxlu sayda mina, silah-sursat aşkarlansa da, torpağın bağrında gizlədilən bu “ölüm toxumları” bitib-tükənmək bilmir. Hər dəfə aşkar edilən silah-sursatlar öz say və miqyasına görə insanı heyrətləndirməkdə davam edir.

DTX və DİN-nin Şuşada aşkarladığı silah-sursat işğaldan azad edilən ərazilərdə məskunlaşan, yaxud bu ərazilərə səfər edən hər kəsin diqqətli olmasının, təhlükəsizlik qaydalarına əməl etməsinin nə qədər vacib olduğunu bir daha ortaya qoymuş oldu. Baş verənlər bir daha sübut etdi ki, 30 il ərzində mina və müxtəlif sursatlarla çirkəndirilən bu torpaqların tamamilə təmizlənməsi üçün daha uzun zamana ehtiyac var.

Və nəhayət, DTX və DİN-nin Şuşada aşkarladığı silah-sursat bir daha sübut edir ki, bizim güc nazirlikləri, hüquq-mühafizə orqanları üçün erməni separatizminin məkirli əməlləri ilə mübarizə davam edir. Onlar müharibə dönəmində olduğu kimi bu gün də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında eyni həssaslıq və ayıq-sayıqlıqla dövlətimizə xidmət etməkdə, xalqımızın təhlükəsizliyini qorumaqda, tarix yazmaqda davam edirlər. Və bu tarix hər birimiz üçün sonsuz qürur mənbəyi, yenilməzlik rəmzidir.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər