ABŞ və Türkiyə hərbçiləri Rusiya və Belarusun birgə hərbi təlimlərini müşahidə etdi...-GÖZLƏNİLMƏZ- FOTO
Ekskluziv
241
15:45, Bu gün

ABŞ və Türkiyə hərbçiləri Rusiya və Belarusun birgə hərbi təlimlərini müşahidə etdi...-GÖZLƏNİLMƏZ- FOTO

ABŞ hərbçiləri Rusiya və Belarusun birgə keçirdiyi “Zapad-2025” hərbi təlimlərini müşahidə ediblər. 
 
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
 
Rusiya və Belarus təlimlərə sentyabrın 12-də başlayıb.
 
ABŞ hərbçilərinin Belarusdakı poliqona səfəri ölkənin Müdafiə Nazirliyi tərəfindən sürpriz kimi təqdim edilib.
Müdafiə Nazirliyi uniformalı iki amerikalı zabitin Belarusun müdafiə naziri Viktor Xreninə dəvətə görə təşəkkür etdiyi və onun əlini sıxdığı video yayımlayıb.
 
Jurnalistlərlə danışmaqdan imtina edən amerikalılara "Biz sizə sizi maraqlandıran hər şeyi göstərəcəyik. İstədiyiniz hər şeyi. Oraya gedib baxa bilərsiniz, insanlarla danışa bilərsiniz", - deyib.
 
Belarusun "Zerkalo" nəşrinin məlumatına görə, təlimləri daha 2 NATO ölkəsinin hərbçiləri müşahidə edib. 
 
"Sentyabrın 15-də Borisov yaxınlığındakı 227-ci birləşmiş silah poliqonunda 23 ölkənin, o cümlədən NATO ölkələrindən - ABŞ, Türkiyə və Macarıstandan olan nümayəndələr iştirak edir", - Belarus  Müdafiə Nazirliyi qeyd edib.
 
"Reuters" xatırladır ki, ötən həftə Donald Trampın nümayəndəsi Con Koul, jurnalistlər və siyasi opponentlər də daxil olmaqla, həbsxanalarından 52 məhbusu azad etməyə razılıq verən prezident Aleksandr Lukaşenko ilə danışıqlar aparmaq üçün Minskə səfər edib.
 
Buna cavab olaraq ABŞ Belarusun milli avia-şirkəti "Belavia"-ya qarşı sanksiyaları ləğv edib. 
 
S.Laçın
Koulun sözlərinə görə, Tramp yaxın vaxtlarda ABŞ-ın Belarusdakı səfirliyini yenidən açmaq və ölkələr arasında münasibətləri normallaşdırmaq istəyir.
Link kopyalandı!
Son xəbərlər