“Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatımızın əsas inkişaf mərkəzlərindən biri olacaq”
Ekskluziv
205
14:04, Bu gün

“Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatımızın əsas inkişaf mərkəzlərindən biri olacaq”

“Qarabağ və Şərqi Zəngəzurun bərpası, bu ərazilərin yenidən məskunlaşması iqtisadi inkişafımız üçün yeni imkanlar yaradır”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildrib. Iqtisadçı alim qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişaf tempi ciddi mətləblərdən xəbər verir:

“Cənab Prezidentin son səfəri də göstərdi ki, bu ərazilərdə böyük inkişaf mövcuddur. Separatizmin kökünün kəsilməsi, işğaldan azad edilən ərzilərin sürətlə məskunlaşdırılması, burada istehsal müəssisələrinin, yeni təsərrüfatların formalaşdırılması Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafı üçün ciddi perspektivlər vəd edir.

Hazırda biz bu bölgədə turzim də daxil olmaqla, fərqli iqtisadi sektorların inkiaşfını müşahidə edirik. Artıq 50 mindən artıq vətəndaşımız Qarabağ və Şərqi Zəngəzurdə işləyib çalışır. Bu rəqəm durmadan artır. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının əsas inkişaf mərkəzlərindən biri Qarabağ və Şərqi Zəngəzur olacaq”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər