Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Ekskluziv
531
15:07, Bu gün

Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...

Vəkil Aleksandr Treşşev Alla Puqaçovaya qarşı iddia qaldırıb. O, müğənnidən Cövhər Dudayevə müsbət qiymət verilməsi üçün mənəvi ziyana görə 1,5 milyard rubl təzminat ödəməsini tələb edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Baza" telegram-kanalı yazıb. 
 
Vəkilin sözlərinə görə, müğənni Puqaçovanın “layiqli insan” adlandırdığı "çeçen separatçılarının lideri" haqqında ifadələri və Rusiya hakimiyyətini tənqid etməklə müharibə veteranlarını təhqir edib. Müğənni bu yaxınlarda verdiyi müsahibədə Dudayevi yaşatmaq üçün heç nə edə bilmədiyi üçün üzr istəyib.
 
Treşşev bildirib ki, iddiası təmin olunarsa, o, bütün məbləği Rusiya ordusunun veteranlarının ehtiyaclarına köçürəcək, özünə yalnız simvolik 1 rubl qalacaq. 
 
Bundan əvvəl Puqaçovanın Dudayevlə bağlı dediyi sözlər Mariya Zaxarova və Apti Alaudinov tərəfindən pislənib. Alaudinov terrorçu Dudayevə görə 20-yə yaxın adamını itirdiyini xatırladıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz kanalında yazıb: “Apti, yumşaq desək, Alla Borisovnanın “gözəl Dudayevə” heyran olduğunu eşidəndə təəccüblənib və öz sözləri ilə bu terrorçunun hekayəsini xatırladıb”.
S.Laçın
Link kopyalandı!
Son xəbərlər