London İsrail vətəndaşlarına Kral Müdafiə Kollecində təhsil almağı qadağan etdi...
Ekskluziv
370
11:24, Bu gün

London İsrail vətəndaşlarına Kral Müdafiə Kollecində təhsil almağı qadağan etdi...

Böyük Britaniya gələn tədris ilindən etibarən israillilərin Kral Müdafiə Tədqiqatları Kollecinə (Royal College of Defence Studies - RCDS) qəbulunu dayandırmaq qərarına gəlib. 
 
Moderator.az-ın Times of İsrael" nəşrinə  istinadla verdiyi xəbərdə deyilir ki, Birləşmiş Krallığın Müdafiə Nazirliyinin açıqladığı qərar qurumun 1927-ci ildə qurulduğundan bəri ilk dəfə olaraq israillilərin tamamilə istisna ediləcəyi bir hal kimi mübahisələrə səbəb olub.
 
London Kral Kolleci onlarla ölkədən yüksək rütbəli zabitlər, diplomatlar və yüksək rütbəli məmurların strateji hazırlığı üçün dünyanın ən nüfuzlu mərkəzlərindən biri hesab olunur. Onun proqramları beynəlxalq əməkdaşlığı gücləndirməyə və təhlükəsizlik sektorunda təcrübə mübadiləsinə yönəlib.
 
İndiyədək İsrailin orada daimi missiyası var idi: İsrail müdafiə ordusu zabitləri və nazirlik nümayəndələri kollecdə bir il davam edən kursda iştirak edərək dünyanın hər yerindən olan həmkarları ilə əlaqələr yaradırdılar.
 
Bununla belə, Böyük Britaniya Müdafiə Nazirliyinin sözçüsünün  izah etdiyi kimi, yeni şərtlər Qəzza zolağında davam edən münaqişə və İsrailin, Londonun fikrincə, beynəlxalq humanitar hüququn prinsiplərinin pozulmasına səbəb olan hərəkətləri ilə bağlıdır. 
 
" "RCDS" proqramları siyasəti beynəlxalq standartlara və müharibə qaydalarına uyğun gələn ölkələrin zabitləri və mütəxəssisləri üçün nəzərdə tutulub. Gördüyümüz eskalasiya kontekstində İsrail vətəndaşlarının iştirakının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib", - nazirlik bildirib. Qərar İsraildə sərt reaksiyaya səbəb olub.
 
İsrail Müdafiə Nazirliyinin baş direktoru, istefada olan general-mayor Amir Baram bu addımı “ayrı-seçkilik” və “utancverici presedent” adlandırıb. Onun sözlərinə görə, israillilərin kollecdən çıxarılması “müharibənin ortasında müttəfiqə qarşı ədalətsiz rəftardır” və Böyük Britaniyadakı strateji tərəfdaşlıq ənənəsindən geri çəkilməni nümayiş etdirir.
 
Baram kollecin məzunlarının iki ölkənin orduları və müdafiə nazirlikləri arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını xatırladıb.
 
İsrail mediası Londonun qərarının Qəzzada hərbi əməliyyatların davam etməsi səbəbindən İsrailə qarşı beynəlxalq tənqid dalğası ilə üst-üstə düşdüyünü qeyd edib. Nəşrlərin yazdığına görə, Böyük Britaniya yerlərdə vəziyyət və siyasi şərait dəyişənə qədər məhdudiyyəti qeyri-müəyyən müddətə qüvvədə saxlamaq niyyətindədir.
 
Beləliklə, İsrailin Kral Müdafiə Tədqiqatları Kolleci ilə təqribən bir əsr ərzində ilk dəfədir ki, qurumun qapıları yəhudi dövlətinin nümayəndələri üçün bağlı olacaq. Qüdsdə bu addım strateji münasibətlərə zərbə və artan beynəlxalq təzyiqin simvolik siqnalı kimi qiymətləndirilir.
Link kopyalandı!
Son xəbərlər