Putin ordusu məhsul toplayan kəndliləri raketlə vurdu...- Çox sayda yaralı...-FOTOLAR
Ekskluziv
728
10:45, Bu gün

Putin ordusu məhsul toplayan kəndliləri raketlə vurdu...- Çox sayda yaralı...-FOTOLAR

Sentyabrın 14-ü axşam saatlarında Rusiya qoşunları Sumı rayonunun Boromlyan icmasının kəndinin kənarına raket zərbəsi endirib. Hücum nəticəsində məhsul yığan insanlar yaralanıb.

Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Sumı regional hərbi idarəsi məlumat yayıb.
 
Boromlyan icmasındakı kəndə hücum zamanı düşmənin hədəfi kənd təsərrüfatı texnikasının işlədiyi dinc tarla olub.
 
Məhsul yığan insanlar yaralanıb. Belə ki, 11 yaralı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Həmçinin texnika zədələnib: traktorlar və kombaynlar.
 
"Fokus" nəşrinin verdiyi son xəbərə görə, yaralıların sayı 12-dir. 30 yağın texnika zədələnib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər