“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri...
Ekskluziv
499
18:46, Bu gün

“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri...

Məlum olduğu kimi, sentyabrım 14-də Xankəndi şəhərinin erməni əsilli sakini Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Polisə üç ədəd qumbara atan, habelə, avtomat silahdan atəş açan Avanesyan bir polis əməldaşını yaralayıb. Cavab atəşi nəticəsində güllə yarası alan Avanesyan polis tərəfindən ələ keçirilib.

“Avanesyan olayı” sıradan bir insident deyil və hər bir nüasnsı ilə ciddi mətləblərdən xəbər verir.

İlk növbədə onu qeyd edək ki, Avanesyanın təxribatı sentyabrın 14-də - Prezident İham Əliyevin Xankəndiyə səfər etdiyi, Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etdiyi bir gündə baş verib. Bu mənada ola bilsin ki, Avanesyanın törətdiyi cinayətin vaxtı təsadüfi seçilməyib və konkret bir planın icrasına xidmət edib.  Avanesyanın uzun müddətdir ki, əl qumbaraları, avtomat və onun güllələrini gizlətməsi, bütün bu silah-sursatı məhz sentyabrın 14-də üzə çıxarması da olayların planlı şəkildə icrasının göstəricisi sayıla bilər.

“Avanesyan olayı”nda diqqət çəkən ikinci bir məqam Azərbaycan polisinin sərgilədiyi ciddi ayıq-sayıqlıq və fədakarlıqdır. Çünki məhz Azərbaycan polisinin Avanesyanın qanlı əməlinə vaxtında müdaxilə etməsi nəticəsində erməni əsilli şəxsin qətliyam törətməsinin qarşısı alınmış, adıçəkilən şəxs hadisə yerində saxlanılmışdır. Toqquşma zamanı bir polis əməkdaşının yaralanması faktı da göstərir ki, Avanesyanın qanlı əməllərinin qarşısı Azərbaycan polisinin fədakarlığı hesabına alınıb.

14 sentyabr hadisəsi Azərbaycanın hüquq-mühafizə orqanlarının çevikliyini ortaya qoymaqla yanaşı, Kitabi-Dədə Qorqud dastanındakı əzəli-əbədi həqqiəti də yada salmış oldu. Bu, “qarı düşmən dost olmaz” həqiqətidir.

“Avanesyan olayı” sübut etdi ki, Azərbaycan xalqı heç vaxt öz ayıq-sayıqlığını itirməməli, tarixi düşmənlərinə bir an belə olsun arxa çevirməməli, onlara etibar etməməlidir. Xankəndidə Avanesyanın açdığı atəş sübut etdi ki, qarı düşmən həqiqətən də dost olmur və onun susqunluğu müvəqqətidir.  Və biz bu susqunluğun pozulacağı anı daim əli tətikdə, hazır vəziyyətdə gözləməliyik.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər